13 Iyul 2020 21:01
267
SİYASƏT
A- A+

Qırğızıstan və Özbəkistan mətbuatında Ermənistanın təxribatı ilə bağlı materiallar verilib

 
Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) "Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib” sərlövhəli materialını rus və ingilis dillərində çap edib. Portal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasdakı çıxışını tam olaraq verib.

Portal həmçinin AZƏRTAC-ın "Hikmət Hacıyev: Ermənistanın sərhəddə törətdiyi təxribat onun münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur” sərlövhəli məqaləsini də rus və ingilis dillərində yerləşdirib.

Özbəkistanın uza.uz, kun.uz, tnews.uz, fikr.uz portalları da Ermənistanın Azərbaycanın Tovuz rayonundakı təxribatları ilə bağlı özbək və rus dillərində yazılar çap edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video