13 Iyul 2020 19:23
392
SİYASƏT
A- A+

RF XİN: Rusiya Bakı ilə Yerevan arasında əlaqələrdə vasitəçi missiyasını yerinə yetirməkdə davam edəcək

 
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanı və Ermənistanı dərhal atəşi dayandırmağa, öz üzərlərinə götürülmüş öhdəlikləri, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın nümayəndələrinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkin nümayiş etdirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə S.Lavrovun Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə telefon danışıqlarının yekununa əsasən RF XİN-in məlumatında bəhs edilir.

Məlumatda qeyd edilir ki, iyulun 13-də Rusiyanın Xarici İşlər naziri S.Lavrovun Azərbaycanın Xarici İşlər naziri E.Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Z.Mnatsakanyan ilə ayrı-ayrılıqda telefon söhbətləri olub. Məlumatda deyilir: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi müzakirə edilib. S.Lavrov tərəfləri dərhal atəşi dayandırmağa, öz üzərlərinə götürülmüş öhdəlikləri, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın nümayəndələrinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkin nümayiş etdirməyə çağırıb”.

RF XİN-in məlumatında deyilir ki, telefon söhbətləri zamanı vurğulanıb: "Rusiya Bakı ilə Yerevan arasında əlaqələrdə həm milli dövlət qismində, həm də ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində öz vasitəçilik missiyasını yerinə yetirməkdə davam edəcək”.

Rusiyanın xarici siyasət idarəsində bildiriblər: "Rusiya tərəfi bunun da vacibliyini qeyd edib ki, Minsk qrupunun bütün üzvləri yaranmış vəziyyətin qiymətləndirilməsində məsuliyyətli yanaşma nümayiş etdirsinlər və gərginliyin daha da artmasına təhrik edə biləcək bəyanat və hərəkətlərdən çəkinsinlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video