13 Iyul 2020 19:20
291
SİYASƏT
A- A+

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın törətdiyi təxribatla bağlı bəyanat yayıb

 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatla bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.

Bəyanatda deyilir: "İyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələri hücum edib. Ermənistanın bu cəhdi bizə 1990-cı illərin əvvəllərində məruz qaldığımız işğalı və öz ata-baba yurdlarımızdan qovulduğumuz faciəvi günləri xatırlatdı. O vaxt Qarabağ bölgəsi və ətraf rayonlar işğalın hədəfi idisə, indi cəzasızlıq hissindən ruhlanan Ermənistan Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır.

Bu, bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir və bizim əzəli torpaqlarımıza qayıtmağımıza imkan vermək niyyətində deyil. Ermənistanın bu cəhdləri bizi doğma yurdumuza geri dönmək əzmimizdən çəkindirmir və pozulmuş hüquqlarımızın bərpa edilməsinə mane ola bilməyəcək.

Dövlət sərhədində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək.

Ermənistanın daxilində sosial-iqtisadi problemlər kəskinləşir, hökumət COVID-19 pandemiyası ilə bacara bilmir və bu səbəbdən belə təxribatlara əl atmaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir.

İşğalçı ölkə BMT Baş katibinin qlobal atəşkəs təşəbbüsünü sözdə dəstəklədiyini bildirir, ancaq riyakarcasına hərbi təxribatlar törədir.

Regionda gərginliyə son qoyulması üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edilməli və bütün azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video