13 Iyul 2020 18:43
293
SİYASƏT
A- A+

Gürcüstan parlamentinin deputatı: Təxribatçı əməlləri ilə Ermənistan rəhbərliyi işğalçı mahiyyətini ortaya qoyur


Azərbaycan regionda tək deyil. Biz, beş yüz minə yaxın Gürcüstan azərbaycanlıları bütün imkanlarımızla Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov söyləyib.

Ermənilərin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində törətdiyi təxribatı qətiyyətlə pisləyən deputat deyib: "Ermənistan silahlı qüvvələri zaman-zaman Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşları hədəf götürən hücumlar reallaşdırır, təxribatlar törədir. Azərbaycan Ordusu bu cür təxribatların qarşısını ləyaqətlə alır və düşmənə layiqli cavab verir. Biz bilirik ki, regionun ən güclü silahlı qüvvələrindən olan Azərbaycan Ordusu son 30 ildə işğal atından olan torpaqları azad etməyə qadirdir. İnanırıq ki, tezliklə Azərbaycan Ordusu düşməni yerinə oturdacaq və biz qələbə bayramını qeyd edəcəyik”.

Onun sözlərinə görə, ermənilər təkcə Azərbaycan və azərbaycanlılara qarşı deyil, Gürcüstanda, xüsusən də Abxaziya və Axalkələkidə çoxsaylı təxribatlar törədiblər. Bu cür təxribatçı əməlləri ilə Ermənistan rəhbərliyi istənilən halda təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur. Ona görə də, qətiyyətlə deyə bilərəm ki, Ermənistan regionda hərbi-siyasi eskalasiyaya görə məsuliyyət daşıyır.

A.Süleymanov bildirib ki, Ermənistanda uzun müddətdir davam edən sosial-iqtisadi problemlər, koronavirus pandemiyası ilə mübarizədə hökumətin son dərəcə qeyri-peşəkar addımlarının yaratdığı böhranlı vəziyyət hakimiyyəti avantürist addımlar atmağa sövq edir. Ermənistan xarici siyasətdə də çox ciddi uğursuzluqlara düçar olur. Bütün bunlar isə Paşinyan və komandasının ölkədə nüfuzunun sürətlə azalmasına gətirib çıxarır. Təəssüf ki, Ermənistanda hakimiyyət dəyişsə də işğalçı dövlətin mahiyyəti dəyişməyib. Həmişə olduğu kimi, mürəkkəb vəziyyətlərdə hərbi avantüralara əl atırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video