13 Iyul 2020 18:34
1053
DÜNYA
A- A+

Finlandiya Avropanın 20-yə yaxın ölkəsi ilə sərhədlərini açır

Finlandiya koronavirus pandemiyası səbəbindən Avropanın 20-yə yaxın ölkəsinə tətbiq olunan səyahət məhdudiyyətlərini ləğv etmişdir. Bu barədə TASS agentliyi xəbər verir.
Finlandyadan məhdudiyyətsiz səyahət ediləcək dövlətlər arasında Avstriya, Andorra, Belçika, Yunanıstan, İtaliya, Kipr, Slovakiya, İsveçrə və digərləri var. Məhdudiyyətləri qaldırmaq üçün meyar bu ölkələrdə mövcud müsbət epidemioloji vəziyyətdir- son iki həftə ərzində hər 100 min nəfər əhaliyə 8-dək yeni yoluxma halı . Hər iki həftədən bir vəziyyət yenidən nəzərdən keçiriləcəkdir.
Bununla yanaşı, Böyük Britaniya, İspaniya, Polşa, Portuqaliya, Fransa, Çexiya, İsveç və bir sıra digər Avropa ölkələrindən Finlandiyaya giriş məhdudiyyətləri uzadılacaq. Bundan əlavə, Finlandiya ilə bir sıra ölkələr (cəmi 11 dövlət), o cümlədən Avstraliya, Əlcəzair, Gürcüstan, Ruanda, Tailand, Uruqvay, Yaponiya arasında iş və fövqəladə hallarla əlaqədar səfərlərə icazə veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video