Alternative content

16:58 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
13:22 12.08.2020 İmtahanqabağı qidalanma
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıblar
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 76 iaşə və ərzaq satışı müəssisəsində qayda pozuntusu aşkarlayıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:50 13.07.2020
 
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 153 ərzaq satışı mağazası olmaqla ümumilikdə 194 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhərində "Grandmart” (Nəsimi rayonu), "Speed One Enter” MMC-yə məxsus ərzaq mağazası, "Nihat”, "77 market”, "Best mart”, "Bizim”, "Sev al”, "Səba”, "Amin” marketlər, Ələsgərov Adil Kamal oğluna, İbrahimov Akif İbrahim oğluna, Cəfərov Elgün Elşad oğluna, Mirzəyev Vasif Nazir oğluna məxsus ərzaq mağazaları, Qobustan rayonunda Zaidov Vahid Əvəz oğluna məxsus kafe və Axundov Qabil Nuru oğluna məxsus "Dostlar” kafesi, Quba rayonunda Kərimli Mahmud Seyran oğluna, Xəlilov Toğrul Ağalar oğluna, Rzayev Xoşbəxt Zeynalabdin oğluna və Manafov Qədim Cahangir oğluna məxsus kafelər, Salyan rayonunda Əliyev Natiq Absalam oğluna və Abberin Çingiz Abbasqulu oğluna məxsus ərzaq mağazaları, Ağsu rayonunda Məmmədov Əli Gülməmməd oğluna məxsus kafe (fəaliyyəti məhdudlaşdırılıb), Şamaxı rayonunda "Farel”, "Məlhəm”, "Çənlibel”, "Sənan”, "Xan”, "Zümrüd”, "Avtovağzal” kafeləri, Hüseynov Rauf Nurəddin oğluna, Hüseynov Rafiq Kamal oğluna, Eyyubov Anar Məhəmməd oğluna məxsus kafelər, İsmayıllı Yılmaz İslam oğluna və Əliyev Röyal Ədalət oğluna məxsus ərzaq mağazaları, Kürdəmir rayonunda Sərdarov Əflatun Sərdar oğluna, Səfərov Adil Nazim oğluna məxsus market, Bəşirov Niyazi Bircəxan oğluna məxsus kafe, Göyçay rayonunda Yəhyazadə İdrak Vaqif oğluna, Cəbrayılov Elçin Fizuli oğluna məxsus marketlər, Salmanov Cümşüd Behbud oğluna, Şirinov Fuad Güloğlan oğluna, Qədimov Elnur Ağaməmməd oğluna, Həmidov Adil Oqtay oğluna, Xəlilov Rəfael Rəsul oğluna məxsus kafelər, Yusubov Tahir Məhəmməd oğluna, Şirinov Elşad Ədalət oğluna, Qasımov Elnur Natiq oğluna, Həşimov Elnur Oqtay oğluna, Kazımov Seyidməmməd Mirəli oğluna, Əliyev İlqar Murtuz oğluna, Mütəllimov Ceyhun İbrahim oğluna məxsus ərzaq mağazaları və Süleymanov Pünhan İlham oğluna məxsus "Şəki şirniyyat” mağazası, Lənkəran rayonu, Şürük kəndində Mahmudov Şahmar Mirnazim oğluna məxsus "Ballı” market, Astara rayonunda Süleymanov Rövşən Rakif oğluna məxsus market, Bərdə rayonunda Şükürov Heydər Sabir oğluna, Mürsəlov Azər Əziz oğluna, İbişov İlqar Kamal oğluna, Zülfüzadə Rüfət Rəhman oğluna, Mehdizadə Cavid Qırımxan oğluna, Qurbanov İlqar Kərim oğluna, Məmmədov Mehman Vahid oğluna məxsus ərzaq mağazaları, Gəncə şəhərində "Oba” (N.Nərimanov 50A), "Orxan”, "Oba” (Gülüstan yaşayış massivi), "Delfin”, "Panda”, "Sevimli dad” marketlər və Quliyeva Nərminə Qasım qızına, Nağıyev Məhəmməd Cəbrayıl oğluna məxsus ərzaq mağazaları, Gədəbəy rayonunda "Qorxmaz”, "Əkbər”, "Meh”, "Aşağı Narzan”, "Nuşican”, "Eldorado” və "Ləzzət” kafelərində daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM