Alternative content

10:49 06 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:17 06.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın təxribatı işğalçı ölkə hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır
Ermənistanın təxribatı işğalçı ölkə hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:50 13.07.2020
 
İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Əlbəttə ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb və təxribatın qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov deyib.

General-polkovnik bildirib ki, əgər müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı qaçılmazdır. Onları çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi? Burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirməkdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Ermənistan təxribatlar törədib və Azərbaycan tərəfi birmənalı şəkildə Ermənistanın bu təxribatlarına qətiyyətli cavab verib.

Təşkilatın sədri Tofiq Ağahüseynov qeyd edib ki, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Açıq-aydın görünür ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı bu ölkənin hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Azərbaycanla sərhəddə təxribat Nikol Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Lakin Paşinyan belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi ehtimalının az olduğunun fərqində deyil.

"Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir tələbləri əsasında formalaşdırılan Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlətimizin başçısının, ordu rəhbərliyinin diqqət və qayğısının nəticəsində ki, Azərbaycan Ordusu müasir silah-texnikası, nizami ordusu ilə düşməndən qisas almaq əzmindədir. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarımızı düşməndən azad edəcək. İnanıram ki, çox yaxında biz Qarabağın azadlığını da qələbə paradı ilə qeyd edəcəyik”, - deyə general polkovnik T.Ağahüseynov vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM