Alternative content

05:57 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
17:42 13.07.2020
 
İyulun 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat” və cari məsələlər daxil edilib.

Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışını, tövsiyələrini rəhbər tutan komitə üzvləri hesabat dövründə geniş fəaliyyət göstəriblər. Milli Məclisə Sədr seçilən xanım Sahibə Qafarovanın parlamentdə yaratdığı demokratik ab-hava deputatları ruhlandırıb. Hesabat dövründə Elm və təhsil komitəsinin 9 iclası keçirilib, 17 məsələyə baxılıb. Yaz sessiyası və növbədənkənar sessiyalar dövründə komitənin qanunvericilik fəaliyyəti məhsuldar olub. Belə ki, komitə üzvləri "Elm haqqında”, "Təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Ümumi təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Psixiatriya yardımı haqqında”, "Gənclər siyasəti haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Hərbi qulluqçuların statusu haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Mədəniyyət haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”, "Məşğulluq haqqında” və bir sıra digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edərək plenar iclasa tövsiyə ediblər.

Bəxtiyar Əliyev bildirib ki, komitə üzvləri ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesində də səylərini əsirgəməyiblər. Bu ilin aprelində Təhsil Nazirliyi tərəfindən Milli Məclis Aparatına daxil olmuş məktuba əsasən, komitənin sədr müavini Musa Qasımlı, komitə üzvlərindən Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Rafael Hüseynov, Kamilə Əliyeva və Etibar Əliyev "2020/2021-ci il tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I, V, VIII və IX sinif şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektləri (dərslik və metodik vəsait) layihələri”nə dair rəy və təkliflərini hazırlayaraq təqdim ediblər.

Onlayn iclasda vurğulanıb ki, hesabat dövründə komitəyə 149 ərizə və müraciət daxil olub. Onlardan 130-u ilə əlaqədar 91 məktub hazırlanıb və aidiyyəti üzrə müvafiq qurumlara göndərilib. Müraciətlərdə əsasən işlə təmin olunma məsələləri, ödənişli təhsillə bağlı qarşıya çıxan çətinliklər, tələbələrin digər təhsil müəssisəsinə köçürülməsi və təhsil müəssisələrinə bərpası, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması (nostrifikasiyası), mənzil məsələləri, sosial müavinətin verilməsi, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri və s. üstünlük təşkil edib.

İclasda iştirak edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım hesabata müsbət münasibət bildiriblər.

Cari məsələlərin müzakirəsində COVID-19-la bağlı təhsil sahəsində yaranmış vəziyyət, Ermənistanla təmas xəttində vəziyyət və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM