13 Iyul 2020 17:36
334
SİYASƏT
A- A+

Ərşad Salehi: Ermənistanın bu addımına görə cəzalandırılması labüddür

 
Ermənilərin Azərbaycana-qardaşlarımıza etdiyi hücumu şiddətlə qınayırıq.

Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi Tovuzda baş verən son təxribatla bağlı deyib.

Ərşad Salehi qeyd edib ki, İraq Türkman Cəbhəsinin başqanı və İraq parlamentinin deputatı olaraq, Ermənistanın bu addımını insan hüquqlarına və beynəlxalq hüquqa qarşı törədilmiş cinayət olaraq dəyərləndirir: "Ermənistan öz daxilində olan problemləri başqalarına da sövq etmək üçün bu kimi provokasiyalara əl atır. Ermənistan bu əməllərinə görə beynəlxalq ictimaiyyət önündə cavab verməlidir. Biz İraq türkləri olaraq hamımızın bu coğrafiyanın bir parçası olduğumuzu dilə gətirir, bütün varlığımızla qardaşlarımızın yanında olduğumuzu xatırladır və bu cinayəti şiddətlə qınadığımızı bildiririk. Can Azərbaycanımıza canımız qurban! O torpaqlar türk torpağıdır. Beynəlxalq ictimaiyyətin qısa bir zamanda işğalçı Ermənistanı bu addımına görə cəzalandırması labüddür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video