13 Iyul 2020 15:39
287
SİYASƏT
A- A+

Vaqif Dərgahlı: Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir

 
Xalqımıza, o cümlədən KİV-lərə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək ancaq Müdafiə Nazirliyinin məlumatlarına və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik. Dedi-qodu, yalan məlumatın yayılması düşmən dəyirmanına su tökmək deməkdir. Xahiş edirik ki, ancaq rəsmi məlumatlara istinad olunsun.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı sosial şəbəkələrdə guya müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirilməsi ilə bağlı əsassız məlumatların, dedi-qoduların, söz-söhbətlərin yayıldığını bildirib.

"Dünən sosial şəbəkələrdə bir qrup şəxs Azərbaycan Ordusuna dəstək, Qarabağın azad olunması ilə bağlı şüarlar səsləndirərək, Qarabağ uğrunda yekdilliklə ayağa qalxmaqla bağlı sosial şəbəkələrdə çağırışlar ediblər. Biz vətənpərvərlik hissindən irəli gələn çağırışları anlayırıq. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də bu cür söz söhbətlərə, sosial şəbəkələrdə belə yazışmalara və çağırışlara ehtiyac yoxdur. Hamı bilməlidir ki, bu cür məlumatların yayılması ancaq düşmənin maraqlarına xidmət edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video