13 Iyul 2020 11:33
359
SİYASƏT
A- A+

Azərbaycanın Finlandiyadakı diasporu Ermənistanın təxribatını pisləyən bəyanat yayıb


Azərbaycanın Finlandiyadakı diasporu Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-hücum tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribat-hücum cəhdlərinin qarşısı alınıb. Baş vermiş atışma nəticəsində Azərbaycan Ordusunun əsgərləri arasında şəhid olan və yaralananlar var.

Bəyanatda deyilir: "Biz Finlandiyada yaşayan azərbaycanlılar olaraq Ermənistan silahlı qüvvələrinin növbəti təxribatçı əməlini kəskin şəkildə pisləyirik. Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu təcavüz, güc tətbiq etmə aktı və növbəti təxribat cəhdi kimi qiymətləndiririk. Avropada yaşayan azərbaycanlılar olaraq bu təxribatı Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi dəyərləndiririk”.

Bəyanatda vurğulanılır ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməklə yanaşı, yeni təxribat metodlarından da istifadə edir və Azərbaycanı təxribata çəkərək dünyanın diqqətini başqa səmtə yönəltməyə çalışırlar.

"Finlandiya azərbaycanlıları olaraq biz dünya ictimaiyyətinə bildiririk ki, pandemiya dönəmində bölgədə vəziyyətin daha da gərginləşməsinə xidmət edən belə təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın hazırki rəhbərliyinin və Ermənistan dövlətinin üzərinə düşür. Azərbaycanın güclü ordusu ölkəmizin hər qarış torpağını qorumağa qadirdir. Azərbaycan Respublikasının işğal olunmuş bütün ərazilərini beynəlxalq hüquqla müəyyən edilmiş özünümüdafiə hüququ çərçivəsində azad etmək hüququ var”.

Qeyd edək ki, bəyanat Finlandiya parlamentinə təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video