13 Iyul 2020 11:23
515
SİYASƏT
A- A+

İspaniyanın “La Vanguardia” qəzeti Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən yazır

İspaniyanın qocaman nəşrlərindən biri olan "Lа Vanguardia” qəzetində "Erməni ordusu ilə baş verən insidentdə Azərbaycanın iki əsgəri öldürülüb” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə erməni ordusunun artilleriyadan istifadə etməklə Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədindəki mövqeləri tutmağa cəhd göstərməsi qeyd olunur. Erməni qüvvələrinin hücumu Azərbaycan ordusu tərəfindən dəf edilib. Nəticədə Azərbaycanın azı iki hərbi qulluqçusu həlak olub, daha beş nəfər yaralanıb.

"Lа Vanguardia” Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinad edərək yazır ki, "görülmüş adekvat tədbirlər nəticəsində ermənilərin hücumu dəf edilib, düşmən geri çəkilib”.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Qeyd edilir ki, 1994-cü ildə erməni qüvvələri Dağlıq Qarabağı öz nəzarətləri altına keçirib, həmçinin Azərbaycanın "təhlükəsizlik zolağı” adlandırılan geniş ərazisini işğal ediblər.

Azərbaycan tərəfi bəyan edir ki, Ermənistan ilə münaqişənin həlli işğal olunmuş ərazilərin qeyd-şərtsiz geri qaytarılmasını nəzərdə tutur, bu tələb BMT-nin Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video