Alternative content

19:23 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanı dünya ilə birləşdirən polad kəmər
Azərbaycanı dünya ilə birləşdirən polad kəmər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 12.07.2020


BTC-nin tam sistem kimi istifadəyə verilməsindən 14 il keçir


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsindən 14 il keçir. Ötən dövr ərzində bu möhtəşəm kəmər fəsiləsiz və təhlükəsiz işləyərək Azərbaycan neftini dünya bazarlarına nəql edib. Hazırda da ahəngdar şəkildə fəaliyyət göstərir.

2006-cı il iyulun 13-də BTC-nin işə düşməsi münasibətilə Türkiyənin Ceyhan şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının, səhmdar şirkətlərin rəhbərlərinin, hörmətli qonaqların iştirak etdiyi təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev həmin tədbirdə BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək demişdir: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir.

Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir”.

BTC ona bəslənən ümid və inamı layiqincə doğruldub və illər keçdikcə əhəmiyyətini artırır. Bu kəmərin uğurlu fəaliyyəti Azərbaycanın yeni neft strategiyasının təntənəsi və həmin strategiyanın daha qlobal layihələrlə zənginləşdirilməsinin təsdiqidir.

BTC nəhəng kəmərdir, Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir. Boru kəmərinə yerüstü obyektlər sistemi də daxildir. Bu, 2 terminal,

8 nasos stansiyası, 101 siyirtmə məntəqəsindən ibarətdir. BTC-nin baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Azərbaycandakı ikinci nasos stansiyası Yevlax rayonundadır. Kəmərin Gürcüstanda da iki stansiyası var. Qalan dörd stansiya Türkiyə ərazisindədir.

Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz də artırılıb. İndi BTC 1,2 milyon barel gündəlik ötürücülük gücünə malikdir.

BTC ilə "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft, "Şahdəniz” yatağından əldə olunan kondensat, müəyyən miqdarda Türkmənistan, Qazaxıstan və Rusiya nefti də nəql edilir. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.

Xatırladaq ki, BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), "Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), "Eni” (5 faiz), "Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), "EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

BTC-nin operatoru olan BP şirkətinin verdiyi məlumata görə, kəmər istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edib. Həmin neft həcmləri Ceyhanda 4457 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlin ilk üç ayı ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunaraq Ceyhanda 76 tankerə yüklənib.

BTC-nin uğurlar salnaməsi getdikcə zənginləşir. 2018-ci il mayın 30-da "Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "2002-ci ildə artıq biz "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

2005-ci ilin may ayında Səngəçal terminalında ilk yükünü götürən, nəql etdiyi neft ilk tankerə vurularaq 2006-cı ilin iyun ayında dünya bazarlarına yola salınan BTC artıq 14 ildir təkcə Azərbaycana deyil, bütün regiona mühüm mənfəətlər gətirir. Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək edir.

"Əsrin müqaviləsi” və BTC-dən başlayaraq ölkəmizin yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq möhkəm təməl üzərində daha da inkişaf edir. Bu əməkdaşlıq və tərəfdaşlıq sayəsində Azərbaycandan Avropaya uzanan geniş bir enerji dəhlizi formalaşıb.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM