Alternative content

19:19 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
00:21 12.07.2020


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 481; 2014, № 11, maddə 1350; 2016, № 4, maddə 651; 2018, № 5, maddə 892) 27.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

"27.3. İİV-lə yaşayan şəxslərin əlilliyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”.

Maddə 2. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714; 2015, № 2, maddə 103, № 10, maddə 1088; 2016, № 2 (I kitab), maddə 191, № 6, maddə 986; 2017, № 7, maddə 1254; 2018, № 3, maddə 390, № 12 (I kitab), maddə 2473) 23.13-cü maddəsində "əlil olması” sözləri "əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin.

Maddə 3. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2 (I kitab), maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287; 2019, № 1, maddələr 27,48) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 14-cü maddə üzrə:

3.1.1. 14.2.3-cü maddədə "ona əlillik qrupu təyin və ya” sözləri "onun əlilliyinin, o cümlədən” sözləri ilə əvəz edilsin;

3.1.2. 14.2.3.1-ci, 14.2.3.2-ci və 14.2.3.3-cü maddələrdə "qrup” sözü "dərəcə” sözü ilə əvəz edilsin;

3.1.3. 14.2.4-cü maddədən "qrupu təyin” sözləri çıxarılsın;

3.2. 17.1.6-cı maddədə

"əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının” sözləri "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın” sözləri ilə əvəz edilsin.

Maddə 4. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 8.6-cı maddədə "Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış” sözləri "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi müəyyən edilmiş” sözləri ilə və "verməlidirlər” sözü "verməlidir” sözü ilə əvəz edilsin;

4.2. 19.1.1-ci, 19.1.3-cü və 19.1.5-ci maddələrdə " I qrup əlil” sözləri " I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 5. "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 17.1-ci maddədə "əlillər və sağlamlıq imkanları məhdud olan” sözləri "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

5.2. 19-cu maddə üzrə:

5.2.1. 19.1-ci maddədə "əlillərə və sağlamlıq imkanları məhdud” sözləri "əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

5.2.2. 19.2.6-cı maddədə "əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud” sözləri "əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

5.3. 20-ci maddədə "əlillərə” sözü "əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.

Maddə 6. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 272; 2019, № 11, maddə 1685) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4.1-ci maddədə "və ya” sözləri ", o cümlədən” sözləri ilə əvəz edilsin;

6.2. 9-cu maddə üzrə:

6.2.1. 9.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"9.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”;

6.2.2. 9.2-ci maddənin ikinci cümləsində "şəxslərə əlillik müddətsiz təyin” sözləri "şəxslərin əlilliyi müddətsiz müəyyən” sözləri ilə əvəz edilsin.

6.2.3. 9.3-cü maddədə "və ya” sözləri ", o cümlədən” sözləri ilə, "təyin olunmuş” sözləri "müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 7. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987; 2018, № 10, maddə 1979, № 11, maddə 2226; 2019, № 4, maddə 579, № 11, maddə 1685) 25.1-ci maddəsinin dördüncü cümləsində "II qrup əlillər” sözləri "II dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 8. "Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78; 2015, № 11, maddə 1282; 2016, № 11, maddə 1751; 2017, № 11, maddə 1967; 2018, № 6, maddə 1175, № 11, maddə 2193; 2019, № 7, maddə 1183) 14.2.4-cü maddəsində "əlillərin və” sözləri "əlilliyi olan şəxslərin, o cümlədən” sözləri ilə əvəz edilsin.

Maddə 9. "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986; Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1691-VQD nömrəli Qanunu) 8.9-cu maddəsində "əlillərinin” sözü "bununla əlaqədar əlilliyi olan şəxslərin” sözləri ilə və "II qrup əlillərin” sözləri "II dərəcə əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

Maddə 10. "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 4.0.23-cü maddədə "sağlamlıq imkanları məhdud olan uşaqların və əlillərin” sözləri "əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin;

10.2. 8.6-cı maddədə "sosial adaptasiyasını” sözləri "sosial bacarıqlarının inkişafını” sözləri ilə əvəz edilsin;

10.3. 20-ci maddə üzrə:

10.3.1. 20.7-ci maddədə "Sağlamlıq” sözü "Əlilliyi olan, o cümlədən sağlamlıq” sözləri ilə əvəz edilsin;

10.3.2. 20.8.2-ci maddədə "III qrup əlillər” sözləri "III dərəcə əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

10.3.3. 20.8.4-cü maddədə "I qrup əlil” sözləri "I dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 11. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386; 2019, № 3, maddə 381, № 5, maddə 797, № 8, maddə 1382) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 9.1-ci maddədə "qüsurlarını” sözü "pozuntularını” sözü ilə əvəz edilsin;

11.2. 11.5-ci maddədə "müəssisələri, idarələri və təşkilatları” sözləri "orqanları və dövlətə məxsus hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

11.3. 13.4-cü maddənin ikinci cümləsində "əlil avtomobili” sözləri "əlilliyi olan şəxs” tanınma” sözləri ilə əvəz edilsin;

11.4. 16.3-cü maddədən "və güzəştli şərtlərlə” sözləri çıxarılsın;

11.5. 20.2-ci maddədə "təhsil planı” sözləri "tədris planı” sözləri ilə əvəz edilsin;

11.6. 24.5-ci maddədə "qrup” sözü "dərəcə” sözü ilə əvəz edilsin.

Maddə 12. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381; Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1702-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.1.22-ci, 24.9-cu və 25.5-ci maddələrdə ismin müvafiq hallarında "əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ismin müvafiq hallarında "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

12.2. 5.7-ci maddədə "peşəsi” sözündən sonra "əlilliyi, o cümlədən” sözləri əlavə edilsin;

12.3. 8.0.4-cü maddədə "cinsindən” sözündən sonra "əlilliyi, o cümlədən” sözləri əlavə edilsin;

12.4. aşağıdakı məzmunda 18.9-cu maddə əlavə edilsin:

"18.9. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə uyğun olaraq işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il



Digər xəbərlər


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM