Alternative content

16:15 03 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
12:07 03.08.2020 Çaylarda sululuq artıb
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır
Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:11 12.07.2020


Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə irəliləyiş ola bilər


Qlobal pandemiya qarşısıalınmaz sürətlə yayılaraq dünya üzrə 12 milyondan çox insana yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hətta iyulun 10-da - pandemiyanın başlamasından indiyə qədər rekord sayda - 228 mindən çox COVID-19-a yoluxma halı qeydə alınıb.

Gözlənilənin və arzuolunanın əksinə, koronavirus təhlükə zəncirini artırmaqda davam edir. Hətta mütəxəssislər dünyanın hələ yeni koronavirus pandemiyasının ilkin mərhələsində olduğu barədə qorxuya salan fikirlər də səsləndirirlər. Hazırda bəşəriyyət tam bir müəmmanın içərisində, nə edəcəyini çaşdırmış bir vəziyyətdədir. Digər tərəfdən tibb aləmi COVİD-19 vaksininin tapılması istiqamətində çalışmalar aparır, müəyyən uğurlu sınaqlara da nail olunub, amma hələlik tam nəticə əldə edilməyib. Reallıq isə odur ki, qurtuluş peyvəndinin tapılması və tətbiqi yaxın müddətdə gözlənilmir.

Hazırda yeni koronavirusla ən uğurlu mübarizə üsulu insanlar aralarında təması azaldaraq yoluxma zəncirini qırmaqdır. Buna görədir ki, indi dünya ölkələri ilkin mərhələdə sərt karantin rejimi sayəsində virusa yoluxmada nail olunan müsbət dinamikanı yenidən əldə etməyə çalışırlar. Hazırda əksər ölkələr yumşaldılmanı sərt karantin rejimi ilə əvəz edir, sərhədlərini bağlayırlar.


COVID-19 nəzarətdədir: sabitləşməyə nail olunub


Azərbaycanda da pandemiyaya qarşı çevik və zəruri addımlar atılır, epidemioloji vəziyyətə uyğun olaraq tədbirlər görülür. Dövlətimiz tərəfindən həyata keçirilən təsirli tədbirlər sayəsində ölkəmizdə infeksiya ilə bağlı vəziyyət daim nəzarətdədir. İlk andan etibarən səhiyyə sahəsində yaradılan möhkəm maddi-texniki baza, modul tipli xəstəxanaların inşası, müasir laboratoriyaların quraşdırılması xəstəliyin erkən aşkarlanmasına və yoluxan şəxslərin tibb müəssisələrində müalicə almasına şərait yaratdı.

İlk dövrlərdə sağalanların sayı yoluxanların sayını xeyli üstələdi. Sevindirici haldır ki, hazırda da bu istiqamətdə müsbət meyillər var. Ötən cümə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirdi ki, artıq yoluxanlarla sağalanlar arasında eyniləşmə baş verir: Vətəndaşların qaydalara əməl etməsinə görə biz sabitləşməyə nail olmuşuq. İnsanlar daha ciddi şəkildə qaydalara əməl edir”.

Statistik göstəricilərə əsasən, indiyə qədər virusun aşkarlanması üçün aparılan testlərin sayı 5 yüz 50 mindən çoxdur. Gündəlik aparılan test göstəricisinə görə ölkəmiz dünyada ilk sıralarda yer alır.


Dövlətimiz əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etmədi


Paralel olaraq karantin zamanı əhalinin maddi rifahı da hökumətimizin diqqət mərkəzində oldu. Bu dövrdə həssas qrupa aid ailələr yaddan çıxarılmadı, onlara 190 manat məbləğində birdəfəlik ödəmələr verildi və bu, indi də davam etdirilməkdədir.

Ümumiyyətlə, qlobal böhranın dünya ölkələrində yaratdığı çətinliklər, iqtisadi çöküntülər zamanında dövlətimizin əhalinin rifahı ilə bağlı heç bir layihəni ixtisar etməməsi ölkəmizdə pandemiyanın təsirlərini minimuma endirdi.

Bütün bu çevik və effektiv tədbirlər isə birbaşa ölkə başçısı İlham Əliyevin nəzarəti və rəhbərliyi altında həyata keçirilir.

Buna görədir ki, vətəndaşlarımız tərəfindən respublikanın müxtəlif guşələrindən dövlət başçımızın ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir.


Karantin rejiminin qaydalarına əməl edilməsi üçün nəzarət gücləndirilib


Dünyada olduğu kimi, vətənimizdə də infeksiyaya yoluxma sayını azaltmaq və nəzarətdə saxlamaq üçün karantin rejimi uzadılıb. Eyni zamanda yeni koronavirusun daha çox yayıldığı şəhər və rayonlarda sərt karantin rejimi elan olunub. Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarında xüsusi karantin rejimi iyulun 5-dən iyulun 20-dək uzadılıb. Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də iyulun 4-dən iyulun 20-dək dayandırılıb.

Qərara əsasən, xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət tətbiq edilib. Belə ki, yuxarıda sadalanan şəhər və rayonların ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Eyni zamanda Bakı şəhərinin bütün küçə və prospektlərində mobil postların yaradılması və bu postlarda xidmətin təşkili davam etdirilir. Bundan başqa, reydlər vasitəsilə də hərəkətə nəzarət edilir. Dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşları vasitəsilə nəzarət gücləndirilib, hərəkətdə olan nəqliyyat vasitələrinin və onlarda olan sərnişinlərin hərəkəti, icazə sənədləri yoxlanılır.


Ambulator şəraitdə 10 202 koronaviruslu xəstə müalicə olunur


COVID-19-a yoluxan xəstələrin müalicəsi istiqamətində də zəruri addımlar atılır.

Hazırda Azərbaycanda bu virusa yoluxan ağır xəstələrə konvalesent plazma müalicəsi tətbiq olunur və müalicənin müsbət nəticələri var.

ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib ki, Bakı üzrə ambulator şəraitdə 10 202 koronavirusdan müalicə olunan var. N.Zeynalov qeyd edib ki, bunlar simptomsuz, az simptomlu şəxslərdir:

"Bunların arasında uşaqlar da var, yaşlılar da. Həmin şəxslər mütəmadi nəzarətdə saxlanılır. Regionlarda evdə izolyasiya tədbirlərinə hələ ki, ehtiyac yoxdur”.


Karantin elan olunmayan ərazilərdə epidemioloji vəziyyət


COVID-19-la aylardır ölkəmizdə aparılan mübarizənin tam təsirli olması, karantin rejiminin sona çatması və sağlamlığımıza heç bir təhlükə olmayan normal həyata dönüş isə hər birimizin qoyulan qaydalara ciddi riayət etməsindən asılıdır.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva keçirilən mətbuat konfransında söyləyib ki, epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq sərt karantin rejiminin tətbiq edildiyi rayonların bəziləri siyahıdan çıxarıla bilər. Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq bu siyahıya başqa rayonlar da əlavə edilə bilər: "Bu, rayonlardakı vəziyyətdən asılıdır. Karantin elan olunmayan ərazilərdə epidemioloji vəziyyət nəzarət altındadır. Digər rayonlarda da vəziyyət idarə olunsa, karantin siyahısından çıxarıla bilər”.

Y.Qarayeva onu da deyib ki, yay vaxtlarına görə karantinlə bağlı şikayətlər daxil olur. Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyirlər: "Bildirim ki, bütün epidemiyalarda ən birinci sual həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik”.

Yazının əvvəlində də vurğulandığı kimi, əhali tərəfindən qaydalara əməl edilməsi xəstəliklə mübarizəni asanlaşdırır, hətta onu qabaqlayaraq məğlub etməyə də şərait yaradır. Bu danılmaz həqiqətdir ki, peyvənd tapılana qədər sosial məsafə saxlamaq, maska taxmaq və gigiyena şərtlərinə əməl etmək koronavirus təhlükəsindən sığortalanmaq üçün yeganə yoldur. Səbirlə pandemiyanın şərtlərinə əməl edərək tezliklə buna da qalib gələ bilərik.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM