12 Iyul 2020 00:10
484
SİYASƏT
A- A+

Pandemiya Paşinyan hakimiyyətinin sonunu gətirir


Hökumətin atdığı addımlar Ermənistanda ciddi narazılıqla qarşılanır


Ermənistanda koronavirus pandemiyası səbəbindən getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün də əlavə problemlərə yol açmaqdadır. Hətta fikirlər səslənir ki, bu gedişlə Nikol Paşinyan yaxın vaxtlarda iqtidardan gedə bilər. Yerli medianın yazdığına görə, hakimiyyət artıq Paşinyanın əlindən sürüşüb gedir. Bildirilir ki, baş nazir öz komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb.

Bütün bunlara paralel olaraq işğalçı ölkədə sosial-iqtisadi durum pandemiya ucbatından daha sürətlə pisləşməkdədir. Baş nazir Nikol Paşinyan Ermənistanda fövqəladə vəziyyət rejiminin yenə də uzadılacağını bəyan edib.

Maraqlıdır ki, ölkədə bir çox açıqfikirli erməni siyasətçiləri fövqəladə vəziyyət rejiminin artıq neçənci dəfə uzadılmasına baxmayaraq, ancaq epidemioloji baxımdan bunun praktik olaraq heç bir effekt vermədiyini bildirirlər. Reallıq budur ki, Paşinyan səlahiyyətlilərinin gördüyü "qabaqlıyıcı tədbirlər”ə baxmayaraq, ölkədə virusun yayılması ilə bağlı vəziyyət yalnız pisləşməyə doğru gedir.

Bu günlərdə Ermənistanda restoran sektorunda çalışanlar hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları karantin günlərində düşdükləri çıxılmaz vəziyyətə etiraz ediblər. Bildiriblər ki, Ermənistan hökuməti karantin tətbiq edildiyi müddətdə heç bir sosial paket həyata keçirməyib. Bu da kiçik sahibkarların, aztəminatlı ailələrin durumunu olduqca çətinləşdirib. Polis etirazçıların bir qrupunu saxlayıb.

"Qolos Armenii” saytı isə yazır ki, bir çox ölkələrdə olduğu kimi, Ermənistanda da baha qiymətə satılmağına baxmayaraq, xalqdan maska taxmaq tələb edilir. Bu qanunu pozanlar isə 10 min dram cərimə olunurlar. Lakin maraqlı da olsa, sadə ermənilər üçün bu qədər ağrılı cəriməolunmalara baxmayaraq, statistika ölkədə qayda pozuntularının sayının hər gün çoxaldığını bildirir. "Əgər bir ay əvvəl gündəlik 1000-1500 pozuntu hadisəsi qeydə alınırdısa, indi bu göstərici 2500-2800 arasında dəyişir. Yəni cəzalar, əslində, maska taxmaq intizamını, ümumiyyətlə, artırmır.

Bilidirilir ki, son dörd ayda ölkə xəzinəsinə yığılan ianələr kəskin azalıb. Bu ilin may ayı ilə ötən ilin eyni ayı müqayisə edilsə, ölkədə 24 milyard dram az vergi ödənilib: "Təbii ki, yaranmış kədərli mənzərəni müşahidə edən Paşinyan hakimiyyəti ölkə xəzinəsinə gəlir gətirmək üçün alternativ vəsait mənbələri axtarışındadır. Çox güman ki, cərimələrin artırılması belə alternativ mənbələrdən biridir.

"Lragir” nəşri yazır ki, Ermənistan koronavirusla savaşı uduzub: "Ermənistan əhalisinin təhsilinin aşağı səviyyədə olması da özünü göstərir - bu ölkədə ümumiyyətlə virusu bakteriyadan, bakteriyanı göbələkdən fərqləndirə bilənlər azdır, həkimə müraciət etmək də. Əksər hallarda nəticə eyni olur - xəstələr xalq tərəfindən yoxlanılmış resept üzrə hərəkət edirlər: hər hansı xəstəliyin hər hansı əlamətləri yarandıqda antibiotik içirlər”.

Politoloq Artur Atayev bildirib ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri etiraz əhvali-ruhiyyəsinin güclənməsinə gətirib çıxarmaqdadır. Ekspert deyir ki, Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür. Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə daha geniş etiraz aksiyalarının başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə, vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər.

Hazırda Ermənistan hakimiyyətinin inamsız hərəkətləri etiraz əhvali-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Bir vaxtlar Paşinyana dəstək verən müxalif qüvvələr də bu durumda onun hakimiyyətdən getməsini vacib sayırlar.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video