11 Iyul 2020 22:28
434
SİYASƏT
A- A+

Ermənistanın daha bir provokasiyası baş tutmayıb


İyulun 9-da MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və MDB-nin humanitar əməkdaşlıq üzrə Şurasının onlayn rejimdə birgə iclası təşkil olunub.

Ölkəmizin Moskvadakı səfirliyində AZƏRTAC-a bildiriblər ki, iclasda DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, DHƏF-in İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, DHƏF-in icraçı direktoru Anatoli İksanov, MDB-nin İcraiyyə Komitəsi sədrinin - icraçı katibinin müavini Aqıbay Smaqulov və MDB-nin İcraiyyə Komitəsinin digər rəhbər üzvləri, həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin və Mədəniyyət Nazirliyinin təmsilçiləri iştirak ediblər.

Polad Bülbüloğlunun sədrlik etdiyi iclasda DHƏF-in cari məsələləri nəzərdən keçirilib.

Ermənistan respublikasının nümayəndəsi, Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ara Xzmalyan gözlənilmədən DHƏF-in İdarə Heyəti sədrinin vaxtından əvvəl yenidən seçilməsi barədə mövzunun iclasın gündəliyinə salınması barədə məsələ qaldırıb.

Məlumat üçün bildirək ki, DHƏF-in İdarə Heyətinin sədri ikiillik müddətə seçilir. 2010-cu ildən sədr vəzifəsini Polad Bülbüloğlu tutur. Yeni seçkilər 2020-ci ilin sonuna nəzərdə tutulub.

Bu provokasiya iclas iştirakçılarının mənfi reaksiyana səbəb olub. Lakin Polad Bülbüloğlu açıq demokratik seçkilərin keçirildiyi daxili qaydalara müvafiq olaraq, Ara Xzmalyanın bu təklifini qəbul edərək məsələni səsverməyə çıxarıb. Səsvermə nəticəsində Ermənistan nümayəndəsinin təklifi sarsıdıcı məğlubiyyətə uğrayıb. MDB-yə üzv olan 9 dövlətin nazirlər səviyyəsində 8 nümayəndəsi Azərbaycan təmsilçisinin xidmətlərini və təcrübəsini nəzərə alaraq, Ermənistanın təklifinin iclasın gündəliyinə salınmasının əleyhinə səs veriblər.

Son 10 il ərzində DHƏF-in İdarə Heyəti hər iki ildən bir DHƏF-in ictimai əsaslarla sədri vəzifəsinə Polad Bülbüloğlunun namizədliyini irəli sürüb. Hər dəfə onun namizədliyinin lehinə, Ermənistan nümayəndəsi də daxil olmaqla, İdarə Heyətinin bütün üzvləri yekdilliklə səs veriblər.

Yeni seçkilərə yarım il qalmış Ermənistan belə bir təkliflə çıxış etməsi təəccüb doğurur. Əminik ki, bu, Fondun İdarə Heyətinin sədrinin məhz Azərbaycan təmsilçisi olması ilə bağlıdır.

Bu səsvermə Polad Bülbüloğlunun MDB məkanında yüksək nüfuza malik olmasını bir daha təsdiqlədi.

Bundan əlavə, Ermənistan təmsilçisinə xatırlatmağı zəruri hesab edirik ki, bu il Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalı ilə təltif olunub. Həmin medal daha əvvəl Azərbaycan səfirinə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən MDB ölkələri səfirlərinin, o cümlədən Ermənistan səfirinin də iştirak etdiyi təntənəli mərasimdə təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video