11 Iyul 2020 17:57
673
CƏMİYYƏT
A- A+

Rusiyalı pulmonoloq: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi fərəh doğurur


Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi fərəh doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov AzTV-nin efirində bildirib.

A.Averyanov deyib: "Azərbaycanın səhiyyə sistemi və ölkədə çalışan mütəxəssislərin hazırlıq səviyyəsi barədə məndə çox xoş təəssürat yaradıb. Biz bir neçə klinikada olduq. Belə başa düşürəm ki, bunlar müxtəlif klinikalardır, ən nüfuzlu və ən qabaqcıl olmayan, adi xəstəxanalardır. Deməliyəm ki, təchizatın səviyyəsi, - hər halda reanimasiya şöbələrində - tərifəlayiqdir. Bir misal çəkim. Klinikaların birində biz bir dəqiqədə 60 litrədək oksigen generasiya edən xüsusi cihazlara ehtiyacın olduğunu dedik. Bu cihazlar sayəsində pasiyent ağciyərlərin süni havalandırılmasından yaxa qurtara bilər. Bu gün biz ağır vəziyyətdə olan pasiyenti müayinə etmək üçün yenidən həmin klinikaya gəldik. Xəstə artıq fasiləsiz oksigen axını aparatına qoşulmuşdu”.

Averyanov qeyd edib ki, bu, dərman preparatlarına da aiddir.

Rusiyalı pulmonoloq deyib: "Məsələn, bilirik ki, Rusiyada koronavirusun müalicəsi üçün famperaver adlı dərman istehsal etməyə başlayıblar. Lakin o, bizə gəlib çatmayıb. Dünən axşam biz əlimizdə Saransk zavodunun istehsalı olan bu dərmanı tutanda çox təəccübləndik. Bu dərman Azərbaycanda var, Moskvada, bizim klinikamızda və nümayəndə heyətimizin digər üzvlərinin təmsil etdikləri klinikalarda isə yoxdur. Mən hətta onu da bilirəm ki, 2015-ci ildə Ebola qızdırmasının müalicəsində tətbiq edilən və böyük ümid bəslənilən erindozevir preparatı ilə təchizat barədə artıq müqavilə bağlanılıb və bu dərman Azərbaycana göndərilib. Bu dərman reanimasiya şöbələrindəki ağır pasiyentlər üçündür. Bunu yalnız arzulamaq olar. Məsələn, Avropada bu preparat hələ ki, yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video