11 Iyul 2020 17:30
445
CƏMİYYƏT
A- A+

Videokonfransda şəhid komandir Raquf Orucovun döyüş yolu xatırlanıb


"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günü münasibətilə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda şəhid ailələrinin nümayəndələri, Qarabağ müharibəsi iştirakçıları, ziyalılar, tələbələr və məktəblilər iştirak ediblər.

Videokonfransda şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova cəsur kəşfiyyat komandirinin keçdiyi həyat və döyüş yolunun gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müsbət nümunə kimi dəyərləndirərək həyata keçirilən layihələr barədə məlumat verib, onunla əlaqədar bəzi xatirələrini danışıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında qeyd edib ki, yeniyetmə və gənclər qəhrəmanlarımızı daha yaxından tanımalı, onların döyüş yolunu öyrənməli və torpaqlarımızın azadlığı naminə hər zaman mübarizəyə hazır olmalıdırlar. Raquf Orucov kimi qəhrəmanlar onlar üçün ən yaxşı örnəkdir.

Gənclər və məktəblilər şəhidlər və qəhrəmanlar haqqında hazırladıqları kompozisiyanı təqdim ediblər.

Videokonfransda çıxış edən Qarabağ döyüşçüləri Səyyaf Əhmədov, Rey Kərimoğlu, Əhliyət Mehdiyev və Rasim Fərşidov şəhid komandir Raquf Orucovun döyüş yolu və hərbi uğurlarından danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video