11 Iyul 2020 11:06
599
DÜNYA
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı antinikotin kampaniyasına start verib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstəliyinin nikotin istifadəçiləri üçün ağır fəsadlarını nəzərə alaraq, nikotin asılılığına qarşı kampaniyaya start verib.

AZƏRTACxəbər verir ki, kampaniyanın məqsədi dünyada ümumi sayı 1,3 milyard nəfərə çatan nikotin istifadəçilərini bu vərdişdən əl çəkməyə, eləcə də terapiya imkanlarından yararlanmağa sövq etməkdir. ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası siqaretdən əl çəkmək üçün əsl fürsət rolunu oynaya bilər. Statistik araşdırmalara görə, siqaret çəkənlərin 60 faizi bu vərdişi tərgitmək arzusundadır və beynəlxalq qurum onları bu istiqamətdə dəstəkləyəcək. Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək.

Kampaniyaya İordaniyada start veriləcək və yaxın aylarda dünyanın digər ölkələrində də təqdim ediləcək. İordaniya gənclər arasında nikotin aludəçilərinin həddən çox olmasına görə seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video