Alternative content

17:25 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qlobal liderlik missiyası
Qlobal liderlik missiyası
ANA SƏHİFƏ / SİYASƏT
01:45 11.07.2020


İlham Əliyevin pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə xidmət edən təşəbbüslərinin uğurla reallaşması həm də Azərbaycanın yürütdüyü müstəqil siyasətin göstəricisidir


Dünyanı başına götürən koronavirus pandemiyası Azərbaycanla bağlı bir sıra gerçəkləri yenidən gündəmə gətirdi. Bu gerçəklərdən biri odur ki, respublikamız xarici dövlət və təşkilatlardan humanitar və hansısa formada maddi dəstək olmadan qlobal böhrana qarşı mübarizə aparan dövlətlərdən biridir. Məlum olduğu kimi, 150-dən artıq dövlət Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib. Respublikamız isə hətta 30-dan artıq dövlətə humanitar yardım göstərib.


Prezidentin təşəbbüsü ilə reallaşan iki zirvə görüşü


Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilmədilər. Pandemiya meydana çıxandan sonra problemə adekvat münasibət ortaya qoymalı, bütün dünyanı bu xəstəliyə qarşı səfərbər etməli olan beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirdilər. Məsələn, BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası COVID-19-la mübarizədə dövlətləri həmrəyliyə dəvət edən bir iş görmədi.

BMT TŞ-nin xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Dünyanın böyük dövlətləri əsasən daxildə koronavirus probleminin həllinə kökləndilər.

Belə bir şəraitdə məhz Prezident İlham Əliyev qlobal liderlik missiyasını öz üzərinə götürdü. Dövlət başçısı bu vəziyyətin heç kimə xeyir gətirməyəcəyini və koronavirusla mübarizədə qlobal həmrəyliyin vacib olduğunu nəzərə alaraq, dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi koronavirusla mübarizədə ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Azərbaycan Prezidenti bu həssas zamanda böyük siyasi qətiyyət nümayiş etdirərək Türk Şurasının sədri kimi bu qurumun səmərəli fəaliyyətinə nail oldu, eyni zamanda, qardaş və tərəfdaş ölkələrlə həmrəylik nümayiş etdirdi.


Yüksək nüfuzun təsdiqi


Türk Şurasının ardınca İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirildi. Üzvlərinin sayına görə dünyanın ikinci ən böyük təşkilatının belə bir Zirvə görüşünün keçirilməsi, bu tədbirə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçısına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləri kimi tarixə düşdü.

Beləliklə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Bütün bunlar göstərdi ki, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.

Qeyd olunanlar həm də Azərbaycanın müstəqil siyasət yürüdən bir dövlət olduğunu bütün dünyaya sübut edir. Belə ki, respublikamızın pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə töhfə verməsi həm də dövlətimizin yürütdüyü müstəqil siyasətin təcəssümüdür. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı Azərbaycanın təşəbbüsünün dünya miqyasında yüksək qiymət alması və 130-dan çox ölkə tərəfindən dəstəklənməsi bu reallığı təsdiqləyən növbəti siyasi hadisə oldu.


Milli maraqlarımız layiqincə təmin olunur


Onu da qeyd edək ki, Azərbaycanın müstəqil, öz milli maraqlarını təmin edən siyasət yürütməsi respublikamızı beynəlxalq nüfuz baxımından xarakterizə edən ən əsas keyfiyyətlərdən biridir. Ən mühümü odur ki, ölkəmiz dünyanı düşündürən aktual, qlobal narahatlıq doğuran bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur.

Bunun nəticəsidir ki, dünya ictimaiyyəti enerji təhlükəsizliyi, regional iqtisadi əməkdaşlıq, beynəlxalq terrorçuluqla mübarizə və digər bu kimi məsələlərdə Azərbaycanın mövqeyini bölüşür. Bu siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq birliyin fəal və qəbul edilən üzvünə çevrilib. Respublikamız Cənubi Qafqaz regionunda sabitləşdirici rol oynayan dövlət, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi və enerji layihələrinin təşəbbüsçüsü və təşkilatçısı kimi çox böyük nüfuz, etibar qazanıb. Tarixi İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun və "Cənub qaz dəhlizi”nin çəkilməsi, kosmosa üç peykin göndərilməsi Azərbaycanın regionda lider mövqelərini, dünya birliyindəki yerini daha da möhkəmləndirib.

Siyasi sahəyə gəldikdə, Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.

Rəsmi Bakı daim dəyişən beynəlxalq mühitə uyğun çevik siyasi kursla yanaşı, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət yürüdür. Bu mənada son illər sülh danışıqları prosesində Ermənistanın çıxılmaz vəziyyətə salınması, beynəlxalq təşkilatlarda ərazilərimizin işğalını pisləyən sənədlərin qəbul edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, respublikamızın diplomatik sahədə böyük uğurlarıdır.

Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində milli və dövlətçilik maraqlarımız layiqincə təmin olunur. Bu siyasət qlobal pandemiya şəraitində də uğurla davam etdirilir. Belə bir dövrdə respublikamızın qlobal liderlik missiyasını öz üzərinə götürməsi həm də onun beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM