Alternative content

17:27 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan amilini yüksək tutan siyasət
İnsan amilini yüksək tutan siyasət
ANA SƏHİFƏ / SİYASƏT
01:43 11.07.2020


Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkə ərazisində 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” TV-yə müsahibə verən dövlət başçısı ölkəmizdə və dünyada koronavirusun özü ilə gətirdiyi iqtisadi-siyasi və humanitar böhrandan xilas yolları haqqında geniş bəhs etdi.

Azərbaycan Prezidenti bildirdi ki, bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək və o da modul tipli olacaq. Orada çarpayıların sayının 1300-ə qədər olması nəzərdə tutulur. Təqribən iki ay ərzində iki mindən çox xəstə qəbul ediləcək. Bununla da xəstəliklə mübarizədə əlavə imkanlar yaranacaq.


Heç bir ölkə bu pandemiyaya hazır deyildi...


Artıq modul tipli 5 xəstəxana fəaliyyətdədir. Onların qısa zamanda tikilməsi bir daha onu göstərir ki, Azərbaycan bütün hallarda, hətta ən ağır şəraitdə belə lazımi addımları ata bilər.

Təbii ki, dövlət başçısının da vurğuladığı kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Respublikada mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə modul tipli xəstəxanaların tikintisi zərurət idi. Onlardan ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda xəstələri artıq qəbul edir. Daha 5 modul tipli xəstəxananın isə tikintisi gedir.

On xəstəxananın tikintisi ilə bağlı qərar aprel ayında verilmişdi ki, o vaxtlar xəstəlik hələ geniş yayılmamışdı. Amma buna baxmayaraq qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ona görə də Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyadan az zərərlə çıxarmaq üçün təcili təxirəsalınmaz tədbirlər görməyə başladı. Bu, sonradan dünya ictimaiyyəti, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının sədri və nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və digərlərinə nümunə göstərildi: "Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.

Bu il istifadəyə verilmiş "Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, "Yeni klinika”da əlavə 350...”

Azərbaycan Prezidenti bugünkü vəziyyətə də aydınlıq gətirərək bildirdi ki, qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyət nəzarətdə saxlanılır, baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yoluxmanın tempi yüksəkdir.

Əlbəttə, dövlət pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdı. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya olsa da, bu gün onların sayı 29-a çatıb və əlavə olaraq 15-i isə sifariş edilib. Onların sayının 44-ə çatması imkan verəcək ki, daha çox test aparılsın. TƏBİB-in verdiyi məlumatlara əsasən, indiyədək 500 mindən çox test aparılıb. Azərbaycan dünyada adambaşına düşən testlərin sayına görə təqribən 40-cı yerdədir.

45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.

Dövlət başçısının verdiyi məlumat bir daha onu təsdiqləyir ki, ölkədə pandemiya ilə mübarizənin necə, hansı formada aparılması nəzarət altındadır. Azərbaycan Prezidenti qeyd etdi ki, hər bir məsələ müqayisə tələb edir, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 min nəfərdir: "O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.

COVID-19 pandemiyası başladığı gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu beynəlxalq səhiyyə qurumu Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırıb.


Şəhid ailələri üçün bu il daha 1500 mənzil istifadəyə veriləcək


Prezident koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi sahələrinə təsiri ilə bağlı sualı cavablandırarkən qeyd etdi ki, dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada işsizliklə bağlı vəziyyət necə olacaq. Təbii ki, bu pandemiya ilə əlaqədar yaranan problemlər dünya iqtisadiyyatına böyük zərbə vurdu. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün bu iqtisadi zərbədən yayına bilməz. Lakin Azərbaycan Prezidenti həmişəki kimi, bu dəfə də pozitiv əhvali-ruhiyyə ilə bütün problemlərin həllinin mümkünlüyünü dilə gətirdi: "Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən, ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib”.


Azərbaycan pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib


Dövlət başçısı iqtisadi sahədə bir məsələyə də toxunaraq bildirdi ki, kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır və bu, artıq özünü göstərir. Belə ki, bu il yüz mindən çox əmək müqaviləsi imzalanıb. Əslində, bu, qeyri-formal məşğulluğun ağardılması deməkdir. Bu islahatlar eyni zamanda büdcə gəlirlərində də özünü göstərdi: "Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına”.

Azərbaycan pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. O cümlədən ÜST-ə 10 milyon dollar ianə verən Azərbaycan ikinci ianəni isə pandemiyadan ən çox əziyyət çəkən və ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına üzv ölkələrə ayırıb.

Bakıda keçirilən iki zirvə görüşündə dövlət başçısı bəyan etdi ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını dünya miqyasında ədalət və beynəlxalq hüquq müstəvisində müdafiə edəcəyik. Ona görə bu ağır dövrdə zirvə görüşlərinin keçirilməsinə də böyük ehtiyac var idi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü yeni - onlayn formatda keçirildi. Sonra digər təşkilatlar da buna oxşar addımlar atdılar.

Prezident Azərbaycanın təşəbbüslərindən olan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı fikirlərini də bildirdi. Bu təşəbbüs də dünya miqyasında yüksək qiymətləndirildi: 130-dan çox ölkə tərəfindən buna dəstək verildi.


Diplomatiya meydanında uduzan Ermənistan dilənməkdə davam edir


Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan oldu. İşğalçı, təcavüzkar, faşizmi dəstəkləyən Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiya imkan vermir ki, ölkəmizin hər hansı bir addımını qəbul etsinlər: "Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən başadüşülən deyil.

Bu təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım idi. Biz isə 130-dan çox ölkənin səsini qazandıq. Hesab edirəm ki, burada iki əsas amil öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq...”, - deyə cənab İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti müsahibəsində xüsusi vurğuladı ki, Ermənistanın özü regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir: "İndi özləri etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar. İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar...”

Ümumiyyətlə, Azərbaycan Prezidentinin üç televiziya kanalına müsahibəsi - ölkə ictimaiyyətini bir sıra məsələlərlə bağlı məlumatlandırması ümumi vəziyyətə aydınlıq gətirdi. Bu gün dünyanı əsarətinə alan koronavirus pandemiyasına qarşı mübarizədə birliyin nə dərəcədə vacibliyi müsahibədə daha çox diqqətçəkən məqamlardan oldu. Ona görə də dövlət başçısının bildirdiyi kimi, "Biz birlikdə güclüyük!”

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM