Alternative content

17:18 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəşər övladının yaşamaq haqqı
Bəşər övladının yaşamaq haqqı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:34 11.07.2020


Son 50 il ərzində Azərbaycan əhalisinin sayı iki dəfə artıb


Yer planetinin əşrəfi sayılan insan normal yaşamaq haqqına malikdir. Əlbəttə, heç də dünyanın hər yerində insanların nə dili, nə dini, nə də yaşayış səviyyəsi eyni ola bilməz. Ona görə də müxtəlif qütblərin təbiəti, eləcə də ictimai mühiti orada yaşayan insanların xarakter xüsusiyyətlərinin formalaşmasında mühüm məsələlərdəndir.

İbtidai icma quruluşundan bugünədək insan övladı müxtəlif ictimai-iqtisadi formasiyalarda uzun, əzablı və keşməkeşli ömür yaşamağa və bunun üçün mübarizələr aparmağa məhkum olub. Zaman dəyişdikcə, ictimai şüur yeniləşdikcə, insana münasibətdə də korrektələr baş verib: qul-quldar, ağa-nökər, bəy-xan-rəiyyət kimi sinfi təbəqələşməyə məruz qalıb. Nəhayət, bir sıra tarixi, əlamətdar günlər təsis edildikdən sonra insan övladının, daha doğrusu, dünya əhalisinin də belə bir günə ehtiyacı diqqət çəkib. Bu tarixi günü isə 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən, ən iri beynəlxalq təşkilat olan Əhali Fondu təsis edib. İlk dəfə isə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub. Məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, onların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.


XX əsrdə dünya əhalisi 1,5 milyard nəfərədək artıb


Son məlumatlara əsasən, dünya əhalisinin sayı 8 milyard nəfərə yaxındır. İlk üçlükdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Coğrafi, siyasi və humanitar məsələlərdə Avropa ilə Asiyanı qovuşduran, əhalisinin sayı 10 milyonu ötən Azərbaycan bu sırada 89-cu yerdədir.

Dünya Əhali günü 2005-ci ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunmağa başlanıb. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib. Hər il bir deviz altında qeyd edilən bu günün tarixi əhəmiyyəti az deyil. Dünya əhalisi haqqında il ərzində müxtəlif forma və məzmunlarda məlumatlar yayılsa da, ümumi statistik rəqəmlər məhz həmin gün diqqəti cəlb edir.

Bunun üçün dünyanın ayrı-ayrı qütb və qitələrində, regionlarda və ölkələrdə tədbirlər keçirilir. Ölkəmizə gəlincə, Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Dövlət başçısının 19 mart 2007-ci il tarixli fərmanına əsasən, Dövlət Miqrasiya Xidməti yaradılıb. 2006-cı il dekabrın 28-də İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

XX əsrdə dünya əhalisi 1,5 milyard nəfərədək artıb. Lakin ayrı-ayrı ölkələrdə və regionlarda bu artım qeyri-bərabər olub. İnkişaf etmiş ölkələrdə artım sürəti son iki onillikdə sabit qalıb. Keçid iqtisadiyyatına malik ölkələrdə isə artım sürəti kəskin şəkildə azalıb. Rusiyada və bir sıra MDB, Baltikyanı ölkələrdə, həmçinin Şərqi Avropada əhalinin təbii azalması prosesi müşahidə olunub. Əhalinin artım sürətinin azalması inkişaf etmiş, xüsusən Şərqi Asiya, Cənub-şərqi Asiya və Latın Amerikası ölkələri hesabına baş verib.


Dünya əhalisinin orta ömür müddəti nə qədərdir


Yaş strukturunun 2 əsas tipi mövcuddur. 1-ci tip əksər inkişaf edən ölkələr üçün səciyyəvidir: uşaqların çox, yaşlı insanların (65 yaşdan yuxarı) isə az olması; 2-ci tip isə inkişaf etmiş və keçid iqtisadiyyatına malik ölkələr üçün səciyyəvidir. Burada isə tam əksinə - uşaqların azlığı, yaşlı insanların çoxluğu ilə səciyyələnir. Uşaqların çoxluğu ona gətirib çıxarır ki, bu ölkələrdə əməkqabiliyyətli insanların sayı azdır. Ona görə də məktəblərin tikintisində, iş yerlərinin yaradılmasında çətinliklər yaranır.

BMT-nin tələblərinə görə, ölkənin əhalisi o zaman qoca sayılır ki, 60 və daha yaşlı insanların sayı əhalinin ümumi sayına nisbətən 12 faiz və daha çox təşkil edir. Bu hal cəmiyyətin iqtisadi yükünü artırır.


Nikah və boşanmalar


Dünya xalqlarının əksəriyyəti hazırda monoqam ailələrlə yaşayır. Lakin bir sıra Asiya və Afrika ölkələrində poliqiniya (çoxarvadlılıq), Cənubi Hindistan, Nepal, Mərkəzi Amerika xalqlarında poliandriya (çoxərlilik) yayılıb. Tropik Afrika ölkələrində 100 evli kişiyə 150 ərli qadın düşür. Kənd yerlərində 15 və yuxarı yaşda olan 3 kişidən biri poliqin nikaha, yəni iki və ya üç arvada malikdir. Poliqin nikahlar ərəb ölkələrində də yayılıb.

Ümumiyyətlə, dünya üzrə kişilər, adətən 25-29, qadınlar isə 20-24 yaşlarında nikaha daxil olurlar. Ölkələr üzrə nikah yaşı qanunun tələblərindən daha çox, milli adət-ənənələrlə müəyyən edilir. Qanunlar bir çox hallarda bu adətlər nəzərə alınmaqla qəbul olunur. Daha isti qurşaqlarda erkən nikahlar geniş yayılır. Bu baxımdan Cənubi Asiya ölkələri seçilir. Bu nəslin nikaha girən nümayəndələrinin yarıdan çoxunun yaşı Avropada kişilər üçün 25, qadınlar üçünsə 22-dir. Dünya üzrə dul qadınların sayı dul kişilərin sayından təxminən iki dəfə çoxdur. Bu bir tərəfdən qadınların daha uzunömürlülüyünün, digər tərəfdən isə bir sıra inkişaf etməkdə olan ölkələrdə onların yenidən ailə qurmasına qarşı pis münasibətin nəticəsidir. Müşahidələr onu deməyə əsas verir ki, İkinci Dünya müharibəsindən sonra əksər ölkələrdə boşanmaların sayı kəskin surətdə artıb və bu proses hələ də davam edir. Güman edilir ki, boşanmaların artması doğumun azalması və övladsız ailələrin çoxluğu ilə əlaqədardır.

M.NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM