Qoyunlar yaylaq, otlaq və otlaq-pəyə şəraitində necə saxlanılmalıdır
Digər heyvanlara nisbətən qoyunlar yaylaqlarda olan otlaqlardan daha səmərəli istifadə edir. Ölkəmizin, xüsusən cənub və aran rayonlarında qoyunlar bütün ili otlaq (yaylaq və qışlaq) şəraitində saxlanılır. Qoyunlar otlaq şəraitində ucuz və qiymətli yem ala bilirlər. Yaxşı otlaq şəraitində qoyunların məhsuldarlığı və çoxalma qabiliyyəti artır, onlar xəstəliklərə davamlı olurlar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qoyunlar üçün quru, tozu olmayan, müxtəlif alçaqboylu bitkiləri olan sahələr, çəmənlik, meşə-düzənlik və düzənlik otlaqlar ayrılmalıdır. Qoyunlar dağ və yaylaq otlaqlarından daha yaxşı istifadə edir. Pis otlaqlarda qoyunlar doyunca yem ala bilmir, əlavə yemə ehtiyac artır, qoyunların məhsuldarlığı isə aşağı düşür. Qoyunlar üçün rütubətli, dəniz səviyyəsindən aşağı bataqlıq olan otlaqlar əlverişli sayılmır. Belə otlaqlarda qoyunlar arasında invazion və dırnaq xəstəlikləri daha çox müşahidə edilir. Eləcə də qoyunlar üçün kollu, tikanlı və qaba bitkilər, habelə tikanlı toxumu olan yapışqanlı (qatıqotu, aqot və s.) otlaq sahələri əlverişli hesab edilmir. Belə otlaqlar qoyunun yununu çirkləndirir, habelə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Fermerlər təbii otlaqların yaxşılaşdırılması haqqında müvafiq tədbirlər həyata keçirməlidirlər. Bunun üçün otlaq sahələrini suvarmaq, zəhərli bitkilərdən təmizləmək, bataqlıqları qurutmaq, kiçik çeyillikləri və gölməçələri hasarlamaq, habelə otlaqda məhsuldarlığı artırmaq üçün tədbirlər görməlidirlər.
Yaylaq və otlaq şəraitində qoyunları su ilə təmin etmək üçün su mənbələri qaydaya salınmalı və suvarma məntəqələri düzəldilməlidir. Suvarma məntəqəsi ilə otlaqlar arasında 2-3 km-dən artıq məsafə olmamalıdır. Qoyunların suvarılması üçün səyyar su təknəsindən istifadə edilməlidir. Otlaq şəraitində su təchizatı və suvarmaya qoyulan gigiyenik qaydalar gözlənilməlidir. Qoyunların gecələməsi və gündüzlər istirahət etməsi üçün otlaqlarda yataqlar düzəldilir. Bu yataqlar hərəkətedici arakəsmələrlə (tirlər) kiçik hissələrə bölünür. Burada xəstə qoyunlar seçilib ayrı bölmədə saxlanır. Yataqlar və ya bazalar köçürülə bilən yüngül yem və su qabları ilə, habelə bəzi avadanlıqlarla (bel, vedrə, zibil yeşiyi, arakəsmələr) təmin edilməlidir. Yataqlarda və ya duzlaqlarda qoyunlar üçün daş duz qoyulmalıdır. Eləcə də heyvanların yataq yerləri hər gün mexaniki təmizlənərək, heç olmasa, iki həftədən bir həmin yerlər dezinfeksiya edilməli və baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmalıdır.
Otlaq şəraitində qoyun sürüsü aşağıdakı sayda təşkil edilir: 1) quzulu qoyunlar 700-1500 baş; 2) süddən ayrılmış quzular 1000-1500 baş; 3) kökəldilən quzular 2000 başa qədər olmalıdır.
Xatırladaq ki, qoyunlar otlaq şəraitinə tədricən keçirilməli və müəyyən hazırlıq işləri görülməlidir.
Qoyunların otarılmasında küzlə otarma sistemi tətbiq edilməlidir. Otlaq şəraitində görüləsi işlər işçilər arasında bölünməli və bu işlərin vaxtında yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir. Otlaqda yem çatışmadıqda qoyunların otlaq-pəyə və ya otlaq-düşərgə şəraitində saxlanma sistemi təşkil edilir. Belə şəraitdə qoyunlara biçilmiş göy ot, qarğıdalı silosu, şəkər çuğunduru verilir. Ot və taxıl biçildikdən sonra həmin yerdə qoyunlar otarılır. Qoyunları fasiləsiz olaraq yaşıl yem kütləsi ilə təmin etmək üçün yaşıl konveyer sistemi də tətbiq edilir. Quzulu qoyunlar şirəli bitkilərlə zəngin olan otlaqlarda otarılır. Belə otlaqlarda qoyunların südü artır. Bu da quzuların südlə yaxşı təmin edilməsinə səbəb olur. Qoyunlar geniş sahələrdə bərabər otarılmalıdır. Bunun üçün çobanın biri sürünün qabağında, digəri isə arxada durmalıdır. Bu qayda ilə otarmada qoyunların çox irəli qaçmasına və geri qalmasına yol verilmir. Qoyunlarda köpmə xəstəliyinin qarşısını almaq üçün (yazda və payızda) onlar səhər tezdən ot üzərindən şeh çəkildikdən sonra otlağa aparılmalıdır, çünki qoyunlar şehli ot yedikdə onlarda köpmə əmələ gəlir. İsti havalarda qoyunları səhər tezdən otlağa aparmaq lazımdır. Qoyunları istivurmadan və hipertermiyadan qorumaq üçün yayın isti və bürkülü günlərində otlağa aparılmamalıdır. Belə vaxtlarda qoyunlar kölgəli, mehəsən, küləktutan, ağac və qaya kölgəsi olan yerlərdə saxlanmalıdır. Heyvanlar yay dövründə həm yaylaq, həm də otlaq-pəyə şəraitində saat 11-17 arasında kölgəli sahələrdə saxlanılmalı və təmiz bol su ilə təmin edilməlidir.
Ölkəmizin aran rayonlarında (isti günlərdə) qoyunların gecə otarılması təşkil edilməlidir. İsti yay günlərində (səhərlər) qoyunlar otlaq sahələrinə külək əsən istiqamətdə aparılmalıdır, çünki belə halda konvensiya yolu ilə istilikburaxma artır. İsti havalarda qoyunların topa halında yığılmasına yol verilməməlidir, çünki onların yan-yana sıx durması istivurmaya səbəb olur. Yayda günəş şüalarının qoyunun gözünə və başına düşməsinin qarşısını almaq üçün otarılma elə təşkil edilməlidir ki, günəşin şüaları onların üstünə arxadan, ya da yandan düşsün. Belə ki, çobanlar günəş şüalarının düşmə və küləyin əsmə istiqamətini müəyyən etməlidirlər. İsti havalarda qoyunlar sərin yerlərdə dincəlməli, sonra isə suvarılmalıdır. Belə halda qoyunlar həvəslə otlayırlar. Eləcə də qoyunlar vaxtaşırı baytarlıq müayinəsindən keçirilməlidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!