10 Iyul 2020 17:15
2233
CƏMİYYƏT
A- A+

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində nöqsanlar aşkarlanıb


Hesablama Palatasının 2020-ci ilin iş planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditi aparılıb, audit nəticəsində əsasən aşağıdakı nəticələr müəyyən edilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmayıb, hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmayıb, tibb müəssisələrindən müvafiq sifarişlər tələb edilməyib, qeydiyyatda olan xəstələrin sayının və tibb müəssisələrində icra olunan çarpayı günlərinin, habelə aparılmış müayinələrin sayının dəyişməsi üzrə məlumatların təhlili tam həyata keçirilməyib, bir çarpayı gününə və ya bir xəstənin müalicəsinə düşən dərman vasitələrinə, müayinələrin aparılması üçün laboratoriya reaktivlərinə və şüa diaqnostika materiallarına, peyvəndlərə, tibbi təyinatlı vasitələrə tələbatlar tam nəzərə alınmayıb və nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.

Auditlə əhatə olunan illərdə "2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, "2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, "2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib, eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də fərqli olub.

Auditlə əhatə olunan dövrdə dərman vasitələrinin alınması zamanı bağlanılmış müqavilələrin xüsusi şərtlərinə tam nəzarət edilməyib, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən endirilib, 2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təynatlı vasitələr təhvil verilməyib, 2019-cu ilin sonuna isə anbarda qalan 4 milyon 773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7-53 faiz arasında olub. Həmçinin 2018-ci ildə 1 milyon 272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb, dərman preparatları və tibbi təyinatlı vasitələrin alınması ilə bağlı bağlanılmış müqavilələr üzrə öhdəliklərin icraçı müəssisələr tərəfindən vaxtında icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün cərimə məbləğinin hesablanması və alınması təmin edilməyib. Eyni zamanda, 2018-ci ildə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi səbəbindən bağlanılmış müqavilələrin icra müddəti uzadılıb və dərman vasitələri müəyyən olunmuş müddətlərdə alınaraq tibb müəssisələrinə çatdırılmayıb. Mərkəz tərəfindən 2018-ci ildə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1 milyon 716,3 min manat dəyərində dərman vasitələri alınıb.

Aparılmış audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilmiş nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılıb, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün hesablanmış 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.

Qeyd edək ki, Məlumat "Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.9.-cu bəndinin icrası olaraq hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video