10 Iyul 2020 17:10
600
CƏMİYYƏT
A- A+

COVID-19 virusunun havada qalaraq yoluxdurucu rol oynaması fərziyyəsi hələlik təsdiqini tapmayıb


Son vaxtlar bəzi alimlər koronavirusun (COVID-19) havada qalması və insanları yoluxdurması barədə fərziyyələr irəli sürürlər. Həmin fərziyyənin təsdiqini tapması insanların davranışının tam dəyişməsi ilə nəticələnə bilər.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov həmin məsələyə aydınlıq gətirərək deyib: "Aparılan son tədqiqatlar göstərir ki, virusa nə qədər çox yoluxan olursa, onun yoluxduruculuq qabiliyyəti artmış, öldürücü qabiliyyəti azalmış olur. Digər pandemiyalarda da belə hallar müşahidə edilib. Lakin bu barədə danışmaq hələ tezdir. Bu yaxınlarda Çin və Koreya Respublikasının alimləri belə bir məlumat veriblər ki, Seul şəhərinə yaxın bir şəhərdə koronavirus-2 infeksiyasının yoluxduruculuq qabiliyyəti daha yüksək olan ştamı, yəni altnövü aşkarlanıb. Bu, virusun mutasiya edərək daha çox yoluxdurduğunu göstərir. Bununla birlikdə onun ölümcül təsirinin də azalacağına da ümid bəsləmək olar.

"Virusun havada qalmağı ilə əlaqədar fikirlər öz təsdiqini taparsa, bu, davranışda çox ciddi dəyişikliklərə səbəb ola bilər. İndiyə qədər aparılan tədqiqatlar onu göstərir ki, tibb müəssisələri istisna olmaqla virusun yayılması, daha çox hava-damcı və təmas yolu ilə baş verir. Burada hava-damcı yolu daha üstünlük təşkil edir. Yəni, asqıranda, öskürəndə ağız boşluğundan ifraz olunan damcıların içindəki viruslar başqalarının ağız-burun boşluğuna, gözünə və ya hansısa səthlərə düşərək təmas zamanı onları da infeksiyaya yoluxdura bilər. Ona görə də mütləq maska taxılması tövsiyə olunur. Həmin damcılar maskaya hoparaq içəriyə keçmir. İnfeksiyaya yoluxmuş xəstə də maska taxmalıdır ki, ifraz olunan damcılar onun öz maskasına hopsun. Bir yerə toplanan bir neçə nəfərin maska taxması virusun yayılmasının qarşısını alır və yoluxma zənciri qırılır.

Əgər havada virus hüceyrələrinin qalması və daha çox insanı yoluxdurması fərziyyəsi doğru olsaydı, onda yoluxanların sayı bir milyarddan çox olardı. Lakin bu, heç də havada virusun yoxluğu demək deyil. Virus havada daha çox aerozol qismində olur və belə yerlər məhz tibb müəssisələridir. Hətta koronavirus infeksiyasına yoluxanların uzun müddət qaldığı palatalarda da aerozolun olması ehtimalı çox azdır. Heç bir hissəcik uzun müddət havada qala bilməz. Buna baxmayaraq, tibb müəssisələrində fəaliyyət göstərən tibb işçiləri və COVID-19 xəstələri ilə təmasda olanlar N95, FFP2 və ya FFP3 maskasından istifadə etməlidirlər. Həmin maskaların əsas xüsusiyyəti həm hava-damcı yolu ilə, həm də havadan keçən virusdan qorumaq qabiliyyətinin olmasıdır. Virusun ictimai yerlərdə toplanma zamanı insanları hava yolu ilə yoluxdurması fərziyyəsi öz təsdiqini tapana qədər vətəndaşların adi tibbi maskadan istifadə etməsi kifayətdir. Heç bir beynəlxalq tibb cəmiyyəti, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı bu tövsiyələrini dəyişmir. Çünki virusun ictimai yerlərdə, küçədə hava ilə ötürülməsini təsdiq edən araşdırmalar hələ ki, yoxdur. Fərziyyə təsdiqini taparsa, buna dair tövsiyələr də olacaq”, - deyə N.Seyidov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video