10 Iyul 2020 16:09
498
DÜNYA
A- A+

Britaniyada ictimai iaşə sektorunda ƏDV 75 faiz aşağı salınacaq


Böyük Britaniyanın Maliyyə naziri Rişi Sunak koronavirus epidemiyasından sonra iqtisadiyyatın yenidən canlandırılması üçün hökumətin 30 milyard funt sterlinq investisiya planı barədə açıqlama verib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, nazir parlamentdəki çıxışında hökumətin virus epidemiyası ilə bağlı işləməyənlərə haqqı ödənilməklə evdə qalmağa icazə proqramı çərçivəsində dəstəyinin sentyabrın sonuna qədər davam edəcəyini, proqram başa çatandan sonra isə müəssisələrdə çalışanların hər biri üçün 3 ay ərzində 1000 funt sterlinq əlavə dəstək veriləcəyini söyləyib.

O, "Məşğulluğun qorunması bonusu” adlandırılan bu proqramın hökumətə ümumilikdə 9,4 milyard funt sterlinqə başa gələcəyini qeyd edib.

Maliyyə naziri ictimai iaşə sahəsində tətbiq olunan əlavə dəyər vergisinin müvəqqəti olaraq 20 faizdən 5 faiz səviyyəsinə endiriləcəyini vurğulayıb. Avqust ayında həyata keçiriləcək "Evdən kənarda ye və yardımçı ol” proqramı çərçivəsində restoranlarda yemək yeyənlərin 50 faiz səviyyəsində endirimdən faydalana biləcəyi, bunun ümumi dəyərinin 500 milyon funt sterlinq olacağı və 1,8 milyon insanın məşğulluğunu davam etdirməsinə yardım edəcəyi bildirilib.

Bu proqrama əsasən bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri restoranlarda yemək yeyən hər kəs 10 funt sterlinqə qədər dövlət dəstəyindən istifadə edə biləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video