10 Iyul 2020 16:09
433
İQTİSADİYYAT
A- A+

“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb


İyulun 10-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Avropa İttifaqının Beynəlxalq və Ümumi İşlər üzrə direktoru Sabine Henzler arasında videokonfrans formatında görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə rəhbəri qismində təmsil olunduğu görüşdə "Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb. Videokonfransda İspaniya Gömrük Xidmətinin öz iradəsi xaricində təmsil olunduğu altqrupu tərk etməsi xüsusi müzakirə mövzusu olub. DGK sədri S.Mehdiyev İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib.

Eyni zamanda, görüşdə gömrük xidmətlərinin fəaliyyətinin pandemiyanın şərtlərinə uyğun şəkildə qurulması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, potensialın gücləndirilməsi ofislərinin gələcək fəaliyyətinin təşkili və tənzimlənməsi ilə bağlı təklif və rəylər nəzərdən keçirilib.

Qeyd edək ki, 2009-cu ildə Bergen şəhərində imzalanan saziş Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası, Maliyyə və Audit Komitələrində Avropa Regionunun təmsilçiliyinə dair prosedurları özündə ehtiva edir.

Ötən il Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini seçilən Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edir, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video