10 Iyul 2020 15:35
670
Təhsil
A- A+

Şimal-qərb bölgəsində qəbul imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb


Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 10-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarında əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün bu rayonların hər birində bir imtahan mərkəzi ayrılıb. Qəbul imtahanları Balakən, Zaqatala və Qəbələ şəhərlərindəki 1 saylı, həmçinin Qax və Oğuz şəhərlərindəki 2 saylı tam orta məktəblərdə təşkil olunub.

DİM tərəfindən pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan binalarında əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların hərarətləri məsafədən ölçən elektron termometrlə yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Regional bölmədən verilən məlumata görə, imtahanlarda bu rayonlar üzrə ümumilikdə 753 məzun, o cümlədən Balakən rayonu üzrə 123, Zaqatala rayonu üzrə 183, Qax rayonu üzrə 85, Oğuz rayonu üzrə 117, Qəbələ rayonu üzrə isə 245 məzun iştirak edib. İmtahanların idarə olunmasına 5 rayon üzə ümumilikdə 10 imtahan rəhbəri və 85 nəzarətçi-müəllim cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında məzunların rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub. Bu mərkəzdə qəbul imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb.

İmtahan rəhbəri Anar Həsənovun bildirdiyinə görə, 85 məzunun iştirak etdiyi imtahanın idarə olunmasına bir rəhbər və 9 nəzarətçi-müəllim cəlb olunub.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində əvvəlki illərin məzunları üçün qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video