10 Iyul 2020 15:32
591
Mədəniyyət
A- A+

İspaniyanın xəbər portalında “Xınalıq” qoruğunun UNESCO-nun Dünya İrs Siyahısının ilkin siyahıya salınması barədə məqalə dərc olunub


İspaniyanın "Patrimonio actual” internet portalında Dövlət Turizm Agentliyinin tabeliyində olan "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilməsi barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qoruqları İdarəetmə Mərkəzinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırdığı qeyd olunub.

UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən ilkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin ilkin siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Quba rayonunda yerləşən Xınalıq kəndi özünün ecazkar tarixi məkanları, ləzzətli mətbəxi və mənzərəli təbiəti ilə heyrətamiz bir turizm məkanıdır.

Kəndin tarixi ilk məskunlaşma izləri eramızdan əvvəl IV minilliyə – Tunc dövrünə təsadüf edir. Elmi araşdırmalar nəticəsində Xınalıq kəndində qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının izləri aşkar edilib.

Azərbaycanın Xınalıq kəndi özünəməxsus dili, özünəməxsus adət və ənənələrinə malikdir. Kənd dağların əhatəsində yerləşməsi səbəbindən kənd sakinləri heç bir dil qrupuna aid olmayan öz dillərini qoruya bilmişlər.

Xınalıq kəndi özünəməxsus memarlığı ilə diqqəti ilk baxışdan cəlb edir. Burada yamaclar çox dik olduğu üçün evlər bir-birinə çox yaxın tikilmişdir. Evlərin damlarında tüstü bacaları qurulub, döşəmələr və divarlar kilimlərlə örtülüb.

Qeyd olunur ki, Xınalıq kəndində Xıdır Nəbinin türbəsi, Şeyx Şalbuz və Əbu Müslimin məscidləri, qədim qəbiristanlıqlar, həmçinin kəndin ilk sakinlərinin məbədləri da daxil olmaqla bir çox tarixi məkanlar mövcuddur.

Azərbaycan hökuməti kəndin özünəməxsus tarixinin və təbiətinin qorunması məqsədilə 2007-ci ildə ərazini mədəni-tarixi və etnoqrafik qoruq elan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video