10 Iyul 2020 15:24
544
İQTİSADİYYAT
A- A+

Ticarət obyektlərinin karantin qaydalarına əməl etmələri günün zəruri tələbidir


Koronavirus pandemiyası cəmiyyətdən bir sıra sahələrdə yanaşmaların, sistem və davranışların dəyişməsi tələbini ortaya qoyub. Artıq insanların sanitar-gigiyenik qaydalara daha ciddi əməl etməsi və sosial məsafəni qoruması vacib davranış şərtlərinə çevrilib. Virusun əhatə dairəsinin genişlənməsi onun daha çox insanın həyatını təhlükə altına almasına gətirib çıxarır. Ona görə də bu bəlanın qarşısının alınması və ondan daha az itkilərlə qurtulmağımız üçün dövlət orqanlarının gördüyü tədbirlərlə yanaşı, vətəndaşların, həmçinin müxtəlif özəl qurumların, o cümlədən ticarət obyektlərinin və onların əməkdaşlarının karantin qaydalarına əməl etmələri çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu məsələyə "OBA" marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Bağırov da öz münasibətini bildirib.

Onun sözlərinə görə, koronavirusla mübarizə və ona qalib gəlinməsinin sahibkarlıq subyektlərinin də marağında olmalıdır. Çünki bu bəla insanların həyatı ilə bərabər, ölkənin sosial-iqtisadi sistemi üçün də ciddi təhlükə yaradır: "İlk növbədə karantin rejimi günləri uzandıqca sahibkarlıq subyektlərinin, o cümlədən ticarət obyektlərinin itkiləri artır. Həmçinin virus daha çox yayıldıqca həmin subyektlərin əməkdaşlarının da bu xəstəliyə tutulması ehtimalı çoxalır. Belə bir şəraitdə fəaliyyətinə icazə verilən ticarət obyektlərinin məsələyə daha ciddi yanaşması, mümkün olduğu qədər əməkdaşların iş rejimini tənzimlənməsi, onların növbəli və distant rejimdə fəaliyyət göstərməsinə üstünlük vermələri tələb olunur. Bundan əlavə, ticarət obyektlərinin özündə də müştərilərin obyektlərə qoruyucu tibbi maskalarla gəlməsinə, eləcə də obyektin içində olarkən ara məsafəsinin qorunmasına, mütəmadi dezinfeksiya işlərinin aparılmasına nəzarəti gücləndirmək məqsəduyğundur. Müşahidələr göstərir ki, müştərilər onların sağlamlığının qayğısına daha çox qalan və bunun üçün müvafiq şərait yaradan ticarət obyektlərində alış-veriş etməyə daha çox üstünlük verirlər”.

İ.Bağırov qeyd edib ki, bu qaydalara nə qədər çox adam və düzgün əməl etsə, bununla bağlı ictimai nəzarət nə qədər güclü olsa, o zaman koronavirus bəlasından daha tez qurtulmaq imkanı da artır. Bu bəla cəmiyyətdən nə qədər tez uzaqlaşsa, hər kəs qazanacaq - istər vətəndaşlar, istər sahibkarlar, istərsə də dövlət.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video