10 Iyul 2020 15:20
459
CƏMİYYƏT
A- A+

Vaqif Əsədov: Paytaxtın inzibati ərazisində mobil postların sayı artırılıb


Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın inzibati ərazisində nəqliyyat vasitələrinin hərəkətinə nəzarət məqsədilə qurulan stasionar postların ləğv edilməsi barədə bəzi KİV-lərdə məlumatların yayılması haqlı olaraq hərəkət iştirakçılarının çaşqınlığına və narazılığına səbəb olur.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, postlar ləğv olunmayıb. Sadəcə olaraq postların ləğv edilərək başqa üsulla xidmət aparılması barədə nəqliyyat vasitələri sahiblərinə məlumat verilib. Təəssüf ki, belə məlumatlar başqa formada yayıldığı üçün narahatlığa səbəb olub. Buna görə bir daha bildiririk ki, stasionar postlardakı xidmət başqa xidmət növü ilə əvəzlənib. Məqsəd stasionar postların yerləşdiyi ərazilərdə süni sıxlığın və hərəkətlə bağlı icazələrin yoxlanılması zamanı yaranan ləngimələrin aradan qaldırılmasıdır. Hazırda Bakı şəhərinin inzibati ərazisinə düşən bütün küçə və prospektlər tam nəzarətə götürülməklə mobil postların yaradılması və bu postlarda xidmətin təşkili davam etdirilir. Bundan başqa, reydlər vasitəsilə də hərəkətə nəzarət edilir. Belə ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşları vasitəsilə nəzarəti gücləndirilib, hərəkətdə olan nəqliyyat vasitələrinin və onlarda olan sərnişinlərin hərəkəti, icazə sənədləri yoxlanılır. Bu günə qədər bu sistem üzrə yol polisi əməkdaşlari xidmətlərini davam etdirirlər.

Bölmə rəisi təəssüf hissi ilə vurğulayıb ki, bəzi KİV-lərdə stasionar postların ləğv edilməsi ilə bağlı hələ də məlumatlar yayılır. Sanki karantin rejimi də ləğv edilir. Belə informasiyalar təbii ki, çaşqınlığa və narahatlığa səbəb olur. Vətəndaşların diqqətinə bir daha çatdırırıq ki, stasionar postlarda təşkil olunan xidmət başqa xidmət növü ilə əvəzlənib və hərəkətə bu üsulla nəzarət edilir. Paytaxtın inzibati ərazisində mobil postların sayı artırılıb. Dövlət yol polisi əməkdaşları bu postlar vasitəsilə sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayırlar. Evdən çıxmasına icazə verilməyən şəxslər postlarda inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Sürücüləri tibbi qaydalara əməl etməyə çağıran V.Əsədov deyib: "Buradan hərəkət iştirakçılarına çağırış edirik ki, ictimai nəqliyyatda, yəni, avtobuslarda və taksilərdə tibbi vasitələrdən istifadə edin, maska taxın. Taksilərdə şəffaf arakəsmələr olmalıdır ki, insanlar virusa yoluxmasınlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video