10 Iyul 2020 15:17
502
CƏMİYYƏT
A- A+

ÜMT-nin rəhbəri ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırır


Planetimizin istiləşməsi davam edir. Yaxın beş ildə orta illik temperaturun sənaye dövrünədək olan göstəriciləri ən azı 1℃ üstələyəcəyi və bu artımın 0,91-dən 1,59 ℃-dək diapazonda olacağı gözlənilir. Bundan əlavə, Avropada fırtınaların baş verəcəyi proqnozlaşdırılır. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

ÜMT-nin yeni hesabatına görə, 2020-2024-cü illərdə cənub okeanlarının ayrı-ayrı hissələri istisna olmaqla, demək olar ki, bütün regionlarda isti olacaq. Şimali Atlantikanın şimal hissəsində daha güclü qərb küləkləri əsə bilər ki, bu da Qərbi Avropada fırtınaların güclənməsinə gətirib çıxaracaq.

Arktikaya gəldikdə isə bu bölgənin 2020-ci ilin qlobal orta göstərici ilə müqayisədə iki dəfədən çox istiləşəcəyi ehtimal edilir.

Yaxın beş ilin iqlim dəyişikliyi barədə məlumatlar və iqlim proqnozları hər il yenilənir. Bu məlumatda dünya səviyyəsində tanınmış iqlim alimlərinin bilik və təcrübəsindən, eləcə də dünyanın aparıcı iqlim mərkəzlərinin, kompüter texnologiyalarının araşdırmalarından istifadə olunur.

"Elmi cəhətdən yüksək dərəcədə olan bu tədqiqat işi iqlim dəyişikliyinə dair Paris razılaşması çərçivəsində həll ediləcək problemin miqyasını göstərir. Burada söhbət cari yüzillikdə qlobal temperatur artımını sənaye dövrünədək olan göstərici ilə müqayisədə 2 ℃-dən xeyli aşağı səviyyədə saxlamaqdan gedir”, -deyə ÜMT-nin baş katibi Petteri Taalas bildirib.

O vurğulayıb ki, bu gün beynəlxalq birliyin bütün qüvvələrinin pandemiya ilə mübarizəyə qoşulması səbəbindən dövlətlərin iqlim dəyişikliyinin qarşısının alınması üçün lazımi tədbirlər görə bilməməsi ağır nəticələrə gətirib çıxara bilər. ÜMT-nin rəhbəri bərpa proqramları çərçivəsində bütün ölkələri qlobal istiləşmənin qarşısının alınmasının vacibliyini unutmamağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video