10 Iyul 2020 11:43
455
SİYASƏT
A- A+

Vasili Nebenzya: Azərbaycan Prezidentinin təşəbbüsü zəruri sayda BMT üzvləri tərəfindən dəstəklənib

 
BMT Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasında müzakirələr yaxın vaxtda başlanacaq. Bu xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bu sözləri TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söyləyib.

V.Nebenzya bir məqama diqqəti cəlb edib ki, pandemiya hamını qəfildən yaxalayıb. O deyib: biz buna hazır deyildik. Birtəhər uyğunlaşmışıq, lakin iqtisadi, siyasi, sosial, tibbi və yəqin ki, psixiatrik nəticələrin hamısını bilmirik. Əgər yaxın gələcəkdə normal həyat ritminə qayıdacağımızı bilsəydik, sual olmazdı – Baş Assambleyanın zalında toplaşıb belə bir sessiya keçirərdik, lakin əgər belə olmasa, biz prosesin təmizliyini hansı prosedurlar vasitəsilə təmin etmək barədə düşünməliyik”. Daimi nümayəndənin sözlərinə görə, bu məsələ yaxın vaxtlarda müzakirə ediləcək.

V.Nebenzya xatırladıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü bu tədbirin təşkil edilməsi üçün zəruri sayda BMT üzvləri tərəfindən dəstəklənib. Lakin bu ideyanın həyata keçirilməsi məhz pandemiya səbəbindən hələlik çətindir. Siyasətçi deyib: "Məsələ modallıqlarla bağlıdır. BMT Baş Assambleyasının videoformatda xüsusi sessiyalarının keçirilməsi sahəsində təcrübəmiz yoxdur. İndi Baş Assambleyanın iclasları keçirilmir. Keçirilən iclaslar BMT-nin bu əsas orqanının rəsmi tədbirləri deyil, ona görə də bu məsələ müzakirə tələb edir.

Vasili Nebenzyanın fikrincə, bu tədbirin təşkili üçün hər cür imkan var. O deyib: "Əgər Baş Assambleyanın xüsusi sessiyası əvəzinə yüksək səviyyəli iclas keçirilməsindən söhbət getsə, belə bir format var. Onun üçün xüsusi prosedur tələb edilmir, belə iclası istəsəniz lap yaxın vaxtda keçirə bilərik. Baş Assambleyanın xüsusi sessiyası isə, əlbəttə, daha sanballı və siyasi əhəmiyyətli tədbirdir və biz həyatın bizə yaradacağı imkanlar və formatlar barədə düşünəcək, baxacaq və ən başlıcası, buna oriyentasiya edəcəyik”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə pandemiyaya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təkliflə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video