Alternative content

16:17 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
13:22 12.08.2020 İmtahanqabağı qidalanma
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiyaya düzəliş qərarı Paşinyana nifrəti artırıb
Konstitusiyaya düzəliş qərarı Paşinyana nifrəti artırıb
ANA SƏHİFƏ / SİYASƏT
00:39 10.07.2020


Ermənistanda daxili qarşıdurma daha da kəskinləşir


Son günlərdə Ermənistanda ciddi çəkişmə predmetinə çevrilən məsələlərdən biri də Konstitusiyaya düzəlişlər edilməsi ətrafında baş verənlərdir. Artıq bu məsələ fonunda Ermənistanın müxalif "Çiçəklənən Ermənistan”, "Vətən” və "Daşnaksütyun” partiyaları baş prokurorluqdan qanunverici və icraedici hakimiyyət nümayəndələrinə qarşı Konstitusiya quruluşunun dəyişdirilməsi, hakimiyyətin qəsb olunması və səlahiyyətləri aşma əlamətləri üzrə cinayət işlərinin açılmasını tələb edib.

"Vətən” partiyasının üzvü Arsen Babayan bildirib: "Hakimiyyət iki ildir ki, bütün qanunları və Konstitusiyanı pozur. Parlamentin Konstitusiyaya düzəlişlər etmək və Konstitusiya Məhkəməsini istefaya göndərmək hüququ yoxdur. Parlament belə düzəlişləri Konstitusiya Məhkəməsi ilə razılaşmadan qəbul edə bilməz. Biz Baş prokurorluqdan Konstitusiya quruluşunun dəyişdirilməsi, hakimiyyətin qəsb olunması və səlahiyyətləri aşma əlamətləri üzrə cinayət işlərinin açılmasını tələb edirik”.

Qeyd edək ki, iyunun 22-də Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin üç üzvünün istefaya getməsi barədə Konstitusiyaya düzəliş edib. Həmçinin düzəlişlərə əsasən, Qrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin rəhbəri qismində səlahiyyətləri əlindən alınıb. Müxalifət isə düzəlişlərin Konstitusiyaya zidd olduğunu hesab edir. Erməni politoloq Sergey Şakartsants qeyd edir ki, koronavirusa qarşı mübarizədə uğursuz olmuş Ermənistan hakimiyyəti hər şəkildə Konstitusiya sistemini də devirməyə çalışır: "Ermənistanda müxalif siyasi qüvvələr aktiv olsa da, hakimiyyəti hələ cilovlaya bilmirlər, çünki hamı müxalifətin böyük birləşməsi haqqında danışır, ancaq bunun konturu çəkilmir. Amma çox qısa müddətdə Ermənistanda milli qurtuluş hökuməti formalaşacaq”.

Xatırladaq ki, hələ bu il aprelin 5-də Ermənistanda əsas qanuna dəyişikliklərin edilməsi, 2015-ci ildə Konstitusiya islahatına qədər təyin edilmiş Konstitusiya Məhkəməsi sədri olan Qrayr Tovmasyanın və məhkəmə üzvlərinin səlahiyyətlərinin dayandırılmasını nəzərdə tutan referendumun keçirilməsi planlaşdırılıb.

Ancaq ölkədə fövqəladə vəziyyət tətbiq olunduğuna görə referendum baş tutmayıb. Bundan sonra, iyunun əvvəlində Ermənistan parlamenti Konstitusiyaya dəyişikliklərlə bağlı referendumu ləğv etmək hüququ verən qanun qəbul edib. Referendum ləğv edilib və parlament Konstitusiyaya düzəlişlər edib. Dəyişikliklərə görə, Qrayr Tovmasyan Konstitusiya Məhkəməsinin sədri vəzifəsini itirib, ancaq o, hakim olmaqda davam edir. Bundan əlavə, üç hakimin (səlahiyyət müddəti 12 il və ya daha çox) - Feliks Tokhyan, Alvina Gyulumyan və Hrant Nazaryanın səlahiyyətlərinə son verilib.

Erməni müxalifəti düzəlişləri konstitusiya çevrilişi kimi qiymətləndirib. Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bildirir ki, Nikol Paşinyan, eləcə də ölkənin hazırkı parlamentinin bir çox deputatı konstitusiya çevrilişinə görə mühakimə olunacaq: "Parlamentin spikeri Ararat Mirzoyanın imzaladığı qanun şəxslərin (89 + 1) konstitusiya çevrilişinə görə mühakimə olunmasına son sübut olacaq. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq 89 deputat və Nikol Paşinyan bu ittiham üzrə xüsusi ittiham ediləcək”. Onun sözlərinə görə, vəhşi hücumlardan qurtulacaq məhkəmə, şübhəsiz ki, onları əfv etmək hüququ olmadan uzun müddətə həbs cəzasına məhkum edəcək: "Bu, ölkənin yenidən bir dövlətə çevrilməsi və insanların vətəndaş adlandırma hüquqlarını bərpa etmələri üçün lazımdır”. Minasyan bu qanunun nəticələrinin də fəlakətli olacağına inanır.

Ermənistanın "Tert.am” nəşri isə yazır ki, hər şey dəyişsə də, dəyişməz qalan məqam Ermənistanda Qrayr Tovmasyan probleminin həll edilməməsidir: "Deməyə ehtiyac yoxdur, biz bununla koronavirusa qarşı necə mübarizə aparacağıq və ya aclıq astanasında olan insanlara nə yedizdirəcəyik? Bunlar mənasız xəyali məşqlərdir, bu addımla Paşinyan demək istəyir ki, vulkan, sunami və ya epidemiya da olursa-olsun, birdən kimsə bunu geri addım atma və zəiflik əlaməti hesab etməsin deyə niyyətimdən geri çəkilməyəcəyəm. Hökumətin bir qolu hökumətin digər qolunun məsələsini qanunsuz yolla həll etməyə çalışırsa, o halda necə bir ölkə daxilində birləşmək olar? Buna etiraz edənlər isə antiinqilabçı korrupsioner və quldurlar hesab olunur. Əgər bir adam hər kəsi özündən uzaqlaşdırarsa, o halda insanlar bu adamın ətrafında birləşməz, belə olan halda ölkənin bu həlledici anında həmin şəxsə qarşı birləşəcəklər və bu şəxs Nikol Paşinyandır”.

Məqalədə qeyd olunur ki, Paşinyanın arqumentləri çox inandırıcı deyil, onun fikrincə, əvvəlki hakimiyyətin qəbul etdiyi qanunlar və təyin etdikləri hakimlərlə qanunsuzluqlara qarşı mübarizə aparmaq və qanun çərçivəsində hərəkət etmək olmaz: "Nə baş verir? Paşinyan və komandası "qırmızı xətt”i keçdi, qanun qəbul edərək konstitusiya quruluşunu devirdi və bu, istefa etdikdən sonra qaçılmaz olaraq məsuliyyətə cəlb ediləcəkləri ağır cinayətdir. Baş nazir vəzifəsini sonsuzluğadək saxlaya bilməyəcəyini çox yaxşı başa düşür, özü isə 45 yaşındadır, bir şey göz qabağındadır, özünə qarşı məsuliyyətsiz münasibəti var. Hər hansı bir ölkədən siyasi sığınacaq istəyəcək və bununla məsuliyyətdən yayınacaq, yoxsa məhkəmə qarşısında cavab verməkdən çəkinmirsə, bu da eyni məsuliyyətsizlikdir.

Gələcəyi məhz öz yürütdüyü siyasəti nəticəsində qeyri-müəyyən olan bir şəxsə ölkənin bu günü və sabahı etibar edilə bilməz. İlk müttəfiqi, dünənki rəqibi və bugünkü gizli tərəfdarı "Parlaq Ermənistan” partiyası Paşinyana hüquqi sehrlə xidmət etsə də, məsələ bununla həll edilmir, çünki hüquqi əks-hücum bir addımla məhdudlaşmayacaq və siyasi mübarizə düzgündür. Bu məqam keçmiş müxalifətdəki ziddiyyətli qüvvələri birləşdirəcək, çünki ölkəmizin təhlükəsizliyi təhlükə altına alınır. Bu böyük məsələnin üstündə hansı kiçik fikir ayrılıqları qaldırıla bilər? "Qırmızı xətt”i keçdikdən sonra məsuliyyətdən qaçılmazlıq məlum olduqda Paşinyan bundan sonra hər gün qanunu poza bilər, ölkədə diktatura qura bilər, hətta ona qarşı mitinq keçirənlərə qarşı güc tətbiq edə bilər, hətta qan tökməyi də gözə ala bilər, elə deyilmi? Axı ona qarşı üsyan edənləri təsnif etmək və artıq bu məsələdə obyektiv narazılığı təsbit etməyin bir yolunu tapıb. Başqa sözlə, ona qarşı çıxan xalq, sadəcə inqilabın nailiyyətlərini devirmək istəyən inqilabın keçmiş düşmənlərinin muzdlularıdır. Belə olan halda qan tökməklə yüksək dəyərlər xilas edilmiş olur. Paşinyan bu cür zəmin hazırlayır ki, xalqın adından xalqa qarşı güc tətbiq etməyə haqq qazandıra bilsin. Təsadüfi deyil ki, Paşinyan artıq ölkəmizdə müharibə olduğunu və rəqiblərlə müharibə qanunu ilə davranılmalı olduğunu bəyan edib”.

Hesab edilir ki, bu vəziyyətdə Ermənistanda daxili qarşıdurma daha da kəskinləşəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM