Alternative content

15:51 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
13:22 12.08.2020 İmtahanqabağı qidalanma
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onlar ölkə rəhbərinin bütün çağırışlarına səs verirlər
Onlar ölkə rəhbərinin bütün çağırışlarına səs verirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:28 10.07.2020


Prezident İlham Əliyevin və Birinci vitze-prezident Mehriban xanım Əliyevanın çağırışları əsasında Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başladığı "Bir-birimizi qoruyaq” adlı sosial kampaniya çərçivəsində aparılan maarifləndirmə tədbirləri uğurla həyata keçirilir.

Xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi toplaşdıqları yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları ilə bağlı sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, onların sağlamlığını qorumaq məqsədini daşıyan bu aksiyaya qazaxlılar böyük həvəslə qoşulmuşlar. Bununla əlaqədar Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc könüllülər”i demək olar ki, fəaliyyətlərini gündən-günə genişləndirirlər. Onlar əhalinin çox olduğu məkanlarda - ictimai iaşə obyektlərində, dayanacaqlarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində "Burada qaydalara riayət olunur”, "Bir-birimizi qoruyaq”, "Aralı əyləşin, sağlam olun” və sair təbliğat və təşviqat yazıları əks olunmuş stikerləri avtobuslara, müəssisələrin divarlarına yapışdırır, məlumatlandırıcı flayerlər paylayırlar.

Bundan başqa, gənc könüllülərin karantin dövründə əsas fəaliyyətləri insanların daha sıx toplaşdıqları yerlərdə maarifləndirmə işlərini genişləndirməkdir. Elə bu günlərdə könüllülərdən bir qrupu kampaniya çərçivəsində əhalinin ən çox müraciət etdikləri və xidmətindən yararlandıqları "Azərpoçt” MMC-nin Qazax poçt filialında olmuş, insanlar arasında maarifləndirmə aparmış, dezinfeksiya işləri həyata keçirmiş, tibbi maskalar paylamışlar. Gənc könüllülər poçt filialına müraciət edənlərə bu ağır günlərdə öz şəxsi məsuliyyətlərini hiss etməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırmışlar.

Qazaxın gənc könüllüləri iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə də aksiya keçirmişlər. Onlar pandemiya ilə əlaqədar elan edilmiş sərt karantin dövründə şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdırıldığını, onların digər gündəlik işlərə daha çox vaxt sərf etdiklərini nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət etmiş, şəhid qəbirləri ətrafında təmizlik və abadlıq işləri aparmışlar. "Gənc könüllülər”in bu nəcib aksiyası şəhid ailələri, eləcə də rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Hazırda Qazaxın "Gənc könüllülər”i öz fəaliyyətlərini davam etdirirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM