10 Iyul 2020 00:26
872
CƏMİYYƏT
A- A+

Pandemiya ilə mübarizədə qalib birliyimizdir


Respublikanın 35 şəhər və rayonundakı 24 ali və 12 orta-ixtisas təhsili müəssisəsini təmsil edən 1100-dən çox tələbə-könüllü "Böyüklərimizi qoruyaq”, "Könüllü Qonşu”, "Bir-birimizi qoruyaq!” devizləri altında keçirilən tədbirlərdə nümunəviliyi ilə seçilib.

Ötən ildən Çindən dünyaya yayılan, inkişaf etmiş ölkələri belə iflic halına salan koronavirus Azərbaycandan da yan keçmədi. Bildiyimiz kimi, fevral ayında respublikada ilk COVID-19-a yoluxma qeydə alınmışdı. Həmin gündən dövlətimiz bu gözəgörünməz düşmənlə mübarizəyə başladı. Azərbaycan Prezidentinin göstəriş və tövsiyələri ilə həyata keçirilən qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini verdi: digər qonşu ölkələrə nisbətən bizdə xəstəliyə yoluxanların və ölənlərin sayının xeyli aşağı olması Ümumdünya Səhiyyə Təşkilatının da diqqətini cəlb etdi.

Ümumiyyətlə, Azərbaycan son illər bir sıra böyük, qlobal məsələlərin həllində nəinki müsəlman şərqinə, əslində dünyanın inkişaf etmiş ölkələrinə nümunəyə çevrilib. Paytaxt Bakı daha çox əhəmiyyət daşıyan beynəlxalq konfransların, mədəniyyət və idman tədbirlərinin keçirildiyi məkan kimi tarixə yazılır.

COVID-19 pandemiyasının ölkəmizə və xalqımıza gətirdiyi problemlər isə danılmazdır. Lakin dövlət və xalq birliyinin bu problemdən xilas yolu olmasını unutmamalıyıq. Çünki bu birlik, həmrəylik koronavirusu aradan qaldırmağa hesablanıb. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə xalqa müraciəti öz müsbət nəticələri ilə diqqəti çəkməkdədir.

Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində pandemiyanın geniş yayılmasına qarşı qısa zamanda reaksiya göstərildi: Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkə ərazisində xüsusi karantin rejimi elan edildi. Bakıda inşa olunmuş "Yeni klinika”nın koronavirus xəstələrinin müalicə olunması üçün istifadəyə verilməsi, eyni zamanda, Sumqayıt şəhərində tibbi maskaların və dezinfeksiya məhsullarının istehsalı üçün inşası başa çatmış zavodun açılışı görülən çox mühüm tədbirlərdəndir.

Bu çətin günlərdə ölkə rəhbərinin cağırışlarına dəstək məqsədi ilə fəal könüllü gənclər də xeyriyyə aksiyalarına start verdilər. Onlar əhalinin həssas təbəqəsinə aid olan ailələrə və evindən çıxa bilməyən yaşlı insanlara müntəzəm olaraq yardım göstərirlər. Könüllü-tələbə gənclər çətinliklərlə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödəmək məqsədilə yardım aksiyalarını davam etdirirlər. Bundan əlavə, mövcud vəziyyətlə əlaqədar qan qıtlığı səbəbindən Azərbaycanda talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslər üçün ölkənin aparıcı könüllü təşkilatları tərəfindən qanvermə aksiyaları keçirilir.

Biz - Azərbaycan Texniki Universitetinin könüllüləri də öz təbliğatımızla əhalini təlimatlandırmağa çalışırıq ki, bu bəladan yalnız dövlətimizlə bir olmaqla özümüzü və yaxınlarımızı, bununla da cəmiyyətimizi qoruyub saxlaya bilərik.

Pandemiya dövründə, yəni bugünədək könüllülər ordusu keçirilən aksiyalarda fəallıqları ilə ictimaiyyətin digər ictimai-sosial təbəqələrinə nümunə olublar. Bu müddətdə 35 şəhər və rayonlardakı 24 ali və 12 orta-ixtisas təhsil müəssisəsini təmsil edən 45000-dən çox könüllü-tələbə "Böyüklərimizi qoruyaq”, "Könüllü Qonşu”, "Bir-birimizi qoruyaq!” devizləri altında keçirilən tədbirlərdə nümunəvi xidmət göstərib, ölkə vətəndaşlarının bu istiqamətdə maarifləndirilməsi, onlara sosial xidmət göstərilməsi yönümündə reallaşan layihələrdə iştirak edib.

Üzvü olduğum Azərbaycan Texniki Universitetinin könüllülərinin fəaliyyətinə gəlincə, yalnız onu deyə bilərik ki, komandamız ölkədə keçirilən bütün beynəlxalq tədbirlərdə də yaxından iştirak edir, bu xidmət növünün əhəmiyyətini digərlərinə də aşılamağı bacarırıq.

Emil ƏLİYEV,

Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi, könüllü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video