09 Iyul 2020 22:04
561
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub


İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 8-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda "Vimay-Med" Tibb Mərkəzində, Rəşad Nağıyevə məxsus "Toyuq mağazası”nda, Bəhruz Cəfərzadəyə məxsus ərzaq mağazasında, Vaqif Qocayevə məxsus çörək sexində, "Azəri Med" MMC-yə məxsus "Aptek”də, Nərimanov rayonunda "İnci elektrik”, "Okoban evi tikinti materialları”, "Termo ağlay” mağazalarında, "Gənclik market”də, "Kafe şüa”da, Əliəkbər Mirzəyevə məxsus "Bizim bazar”da, Səbail rayonunda "Az Granata” mağazasında, Bəsti Əliyevaya məxsus qarışıq mallar mağazasında, Elgün Dadaşova məxsus "Dönərxana”da, Elman Cəbrayılova məxsus "Çay evi”ndə, Suraxanı rayonunda "Halal market”də, "Elşən market”də, "24 saat market”də, "Aqil market”də, "Tatlı şirniyyat mağazası”ında, "Buta aptek”də, Sabunçu rayonunda "Buta market”də, "Al market”də, "Oba market”də, "Petektaş tikinti malları mağazası”nda, Saleh Əmrahzadəyə məxsus "1001 xırdavat” mağazasında, Xətai rayonunda "Era market”də, "Zeytun aptek”də, "Amal” firmasına məxsus süd məhsulları sexində, Tahir Abbasova və Pəri Hüseynovaya məxsus ərzaq mağazalarında, Qaradağ rayonunda "Uğur market”də, Sona Əliyevaya və Rövşən Xankişiyevə məxsus ərzaq mağazalarında, Nizami rayonunda "Tural market”də, "Naxçıvan lavaşı sexi”ndə, Anaxanım Məmmədovaya məxsus ərzaq dükanında, Elxan Nəbiyevə məxsus "Oboy mağazası”nda, Yasamal rayonunda "Roseland gül mağazası”nda, "Böyük Fırat restoranı”nda, "№1 Şaurma kafe”də, "Baker şirniyyat evi”ndə, Elnarə Şirinovaya məxsus "Zoo mağaza”da, Xəzər rayonunda "Rahat market”də, Nəsimi rayonunda "Novatar mağaza”da, Nemət İsmayılova məxsus qarışıq mallar mağazasında, Gəncə şəhərində "Euro inşaat” və "Mister dekor” mağazalarında, Qobustan rayonunda "Bol market” və "Qobustan market”də, Lənkəran rayonunda "Forsaj avtomobil ehtiyat hissələri” mağazasında, "Seyidoğulları market”də, "Məkan”, "Türk Seramik”, "Zaman” mağazalarında, Füzuli rayonunda "Mandarin LTD”yə məxsus mağazada, Mətanət Dadaşova və Pərviz İbrahimova məxsus "Market”lərdə, Yevlax rayonunda "Araz-Oskar Market”də, Zahir Namazova məxsus tikinti mallarının satışı mağazasında, Esmira Misirxanovaya məxsus aptekdə, Qusar rayonunda "Çiçəyim” və "Optimal” mağazalarında, "Bistro” ictimai-iaşə obyektində, ümumilikdə, monitorinq aparılmış 726 obyektin 258-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 8-də nəzarət tədbirləri keçirilmiş 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 9-dək monitorinq aparılmış 13046 sahibkarlıq subyektindən 6050-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video