09 Iyul 2020 16:46
615
İQTİSADİYYAT
A- A+

Gömrük Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib


İyulun 9-da "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində alınmış nəqliyyat vasitələrinin BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən Dövlət Gömrük Komitəsinə (DGK) təhvil verilməsi mərasimi keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.

S.Mehdiyev BMTİP ilə ölkəmizin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən məmnunluqla söhbət açıb və əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlar barədə danışan komitə sədri tətbiq edilən yeniliklərin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib. O da vurğulanıb ki, həyata keçirilən islahatlar şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında mühüm rol oynayıb.

Daha sonra komitə sədri BMTİP-in dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, layihə çərçivəsində sanitar, fitosanitar, baytarlıq nəzarəti sahəsində müasir nəzəri biliklərin əldə edilməsi məqsədilə gömrükçülər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları üçün keçirilən seminarlar bu sahədə sərhəd idarəçiliyinin daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə şərait yaradıb.

BMT İnkişaf Proqramının rezident nümayəndəsi A.Frakassetti Dövlət Gömrük Komitəsi ilə uzunmüddətli əməkdaşlıqdan danışıb, son illər ölkəmizdə gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirib. Bildirilib ki, iki qurum arasındakı işgüzar münasibətlər sərhədlərdə sanitar, fitosanitar, baytarlıq nəzarətinin və bu sahədəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, müasir idarəçilik prinsiplərinin tətbiqinə mühüm töhfə verib.

Daha sonra görüşdə yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin strukturunun təkmilləşdirilməsi və maddi-texniki təchizatı, DGK Akademiyasının tədris proqramının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video