09 Iyul 2020 16:45
561
İQTİSADİYYAT
A- A+

Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üzrə fəaliyyətini, "Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, ARDNF-in 2019-cu il üzrə illik hesabatında Neft Fondunun idarəetmə və şəffaflıq prinsipləri, fondun ölkə iqtisadiyyatındakı rolu, 2019-cu il büdcəsinin icrası, habelə investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-in konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.

2019-cu il, eyni zamanda, ARDNF-in yaradılmasının 20 illiyinə təsadüf edib və hesabatın dizayn konsepsiyası da məhz bu yubiley tarixinə həsr olunub. Bu çərçivədə illik hesabata 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı və Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində yaradılmış ARDNF-in 20 illik tarixində baş verən ən mühüm hadisələr, fond tərəfindən maliyyələşdirilən və ölkənin sosial-iqtisadi inkişafına xidmət edən layihələr, investisiya fəaliyyəti və investisiya portfelinin inkişaf istiqamətləri və eləcə də 2019-cu il ərzində 20-ci yubiley ili çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatlar əlavələr şəklində daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video