09 Iyul 2020 14:58
571
İQTİSADİYYAT
A- A+

Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb - operativ məlumat

 
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2643842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1012655,9 tonu arpa, 1631186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.

Biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. "Aqrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir.

Biçin davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video