08 Iyul 2020 14:00
473
CƏMİYYƏT
A- A+

Coğrafiya İnstitutu Kür çayında yaranmış vəziyyətlə əlaqədar tədqiqatları davam etdirir


AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Kür çayında yaranmış vəziyyətlə əlaqədar tədqiqatları davam etdirir.

İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov şirin su çatışmazlığı ilə bağlı Kür, Araz çaylarında araşdırma aparıb.

Coğrafiyaşünas alim AZƏRTAC-a Kür çayının axdığı ərazilərdə apardığı tədqiqatların nəticələri barədə məlumat verib. O qeyd edib ki, son vaxtlar Kürdə, eləcə də Azərbaycanın bir çox çaylarında su səviyyəsinin qat-qat aşağı düşməsinin, bəzi yerlərdə isə vəziyyətin kəskin həddə çatdığının şahidi olub. Alim çayların ekosistemlər arasında dəhliz rolunu oynadığını, təbiəti zənginləşdirdiyini, insanların şirin suya tələbatının əsas təminatçısı olduğunu bildirib. O, çaylardakı tıxanmanın insan həyatına ziyan vurduğunu və ona görə də onlara ciddi münasibət bəslənilməsinin, qayğı ilə yanaşılmasının vacibliyini diqqətə çatdırıb: "Meşələrin qırılması, sudan israfçılıqla istifadə, Kür hövzəsindəki çayların qum-çınqıl karxanaları tərəfindən normadan artıq istismarı və digər antropogen amillər şirin su potensialı ilə istifadəçilər arasındakı ekoloji balansın pozulmasına səbəb olur”.

Mütəxəssis Arazın suyunun beş dəfə azalmasını və Kürün getdikcə Arazın yatağına meyilləndiyini təəssüflə qeyd edib. Diqqətə çatdırıb ki, gələcəkdə bu kimi problemlərin yaranmaması üçün Kür, Araz çaylarının keçdiyi qonşu dövlətlərin də "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasına qoşulmaları müsbət rol oynaya bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video