08 Iyul 2020 12:25
484
DÜNYA
A- A+

Koronavirus səbəbindən dünyada doyunca yeməyən insanların sayı 1 milyard nəfər arta bilər

Koronavirus pandemiyası nəticəsində Yer kürəsində doyunca yeməyən insanların sayı 1 milyard nəfər arta bilər.

AZƏRTAC xəbər verir ki, bu məlumat Almaniyanın "Deutsche Welthungerhilfe” (Dünyada aclıq çəkənlərə yardım) adlı xeyriyyə təşkilatının illik məruzəsində dərc edilib.

Məruzədə deyilir ki, pandemiya iqlim dəyişmələri, quraqlıq, silahlı münaqişələr və sağlamlığın mühafizəsi sistemlərindəki səhvlər kimi problemləri daha da kəskinləşdirib. Bu təşkilatda narahatlıq keçirirlər ki, planetin əhalisinin yoxsul təbəqələri əvvəlkindən də pis vəziyyətə düşəcəklər. Aclığın geniş yayılmasının əsas səbəbi iqlim dəyişmələri – anomal istilik, quraqlıq, havaların kəskin soyuması və daşqınlardır.

Koronavirus bu mürəkkəb problemləri daha da kəskinləşdirib, ona görə ki, pandemiya səbəbindən tətbiq edilən nəqliyyat və ticarət məhdudiyyətləri dünyada yoxsulluq səviyyəsini daha da artırıb. Bu səbəbdən aclıq çəkənlərin sayı yaxın vaxtlarda kəskin şəkildə arta bilər. Keçid iqtisadiyyatı ölkələri və inkişaf etməkdə olan dövlətlər bu problemlərin öhdəsindən gələ bilməyəcəklər. Hazırda dünya əhalisinin 11 faizi – yəni 1 milyarda yaxın insan aclıq çəkir. Məruzədə göstərilir ki, pandemiya nəticəsində bu rəqəm ikiqat arta bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video