08 Iyul 2020 10:47
469
SİYASƏT
A- A+

Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı UNESCO-nun sabiq Baş direktoruna təqdim edilib


"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı UNESCO-nun sabiq Baş direktoru, ölkəmizin yaxın dostu Koiçiro Matsuuraya təqdim edilib.

AZƏRTAC xəbər verir ki, yubiley medalı Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin K.Matsuura ilə keçirilən görüşü zamanı təqdim edilib.

Əvvəlcə səfir UNESCO-nun sabiq Baş direktoru K.Matsuuraya Azərbaycanın hazırki iqtisadi vəziyyəti barədə məlumat verərək bildirib ki, ölkəmiz qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər əlaqədar sahələrin inkişafına yüksək önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, iqtisadi sabitliyin qorunması istiqamətində atılan vacib addımlar barədə bəhs edən səfir deyib ki, dövlətimizin başçısı pandemiya zamanı, ilk növbədə, xalqın həyat və sağlamlığını prioritet hesab edir.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusən UNESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə, K.Matsuuranın "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğunu bildirən səfir medalı ona təqdim edib.

Bu cür yüksək mükafata layiq görülməsinin onda böyük qürur hissi yaratdığını vurğulayan K.Matsuura əməyinə verilən bu qiymətə görə dərin minnətdarlığını ifadə edib.

Sabiq Baş direktor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlər haqqında danışaraq, 1999-2009-cu illər ərzində UNESKO-nun Baş direktoru vəzifəsində çalışdığı zaman Azərbaycan ilə sıx əlaqələrinin olmasını bildirib. K.Matsuura Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərini məmnunluq hissi ilə xatırladıb, onlara salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

K.Matsuura bundan sonra da iki dost ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video