08 Iyul 2020 00:28
681
İQTİSADİYYAT
A- A+

Muxtar respublikada 50-dək müəssisə ixrac qabiliyyətinə malikdir


Muxtar respublikadakı istehsal müəssisələrinin bir çoxu artıq xarici bazarlarda özünə yer tutmağa başlayıb. Belə ki, bu gün muxtar respublikada fəaliyyət profilinə görə, 50-dək müəssisə ixrac qabiliyyətinə malikdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada 2020-ci ilin "İxrac” ili elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri genişləndirib.

Naxçıvanda fəaliyyət göstərən şirkətlərə xarici bazarlara çıxışın təmin edilməsi üçün ixrac təşviqlərinin verilməsi, eyni zamanda onlara dəstək mexanizmlərinin tətbiqi dairəsi genişləndirilir. Həmçinin qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur.

"Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yerinə yetirilməsi nəzərdə tutulmuş ixracyönümlü və idxalı əvəz edəcək məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması və istehlakçıların artan tələblərinin qarşılanması məqsədilə yaradılan müəssisələrdən biri də "Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Gündəlik istehsal gücü 250-300 kq/saat olan müəssisədə vafli məmulatları, peçenye, qurabiyə, lokum və şokoladlı konfet istehsal edilir. Müəssisənin istehsal sahəsində kompüterlə idarə olunan müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi standartlarına uyğun həyata keçirilir. Müəssisədə istehsal olunan yüksəkkeyfiyyətli məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır. Bu məqsədlə respublikamızda və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndəsinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilib, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olub. Həyata keçirilən kompleks tədbirlər, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti öz bəhrəsini verib, cari ilin ötən dövrü ərzində "Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal sahələrində hazırlanan 400 ton vafli məmulatları İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında 7 ölkəyə göndərilib. Bu tədbirlərin davamı olaraq ötən günlərdə 24 ton vafli məmulatı Əfqanıstan Respublikasına yola salınıb.

Bu gün muxtar respublikada sahibkarlara göstərilən diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikanın ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri daha da genişləndirib, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video