08 Iyul 2020 00:27
661
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi daha bir maarifləndirici videoçarx hazırlayıb


İqtisadiyyat Nazirliyi pandemiya ilə mübarizə çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir. Bu istiqamətdə hazırlanan növbəti videoçarx karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirir.

Sadə və anlaşılan qrafik izah üzərində qurulan videoçarxda əsas diqqət hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunmasının vacibliyinə və infeksiyanın yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsinə yönəldilib. Bu tələblər isə ticarət obyektinin zəruri gigiyena vasitələri ilə təmin edilməsi və bu vasitələrin hamı üçün əlçatan olması, obyekt daxilində sosial məsafənin qorunmasına ciddi nəzarət edilməsi, ticarət obyektinin bütün əməkdaşlarının qoruyucu maska taxması, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsidir.

Çarxda vurğulanan daha bir məqam odur ki, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, alıcıların sayına nəzarət olunmalı, zərurət yarandıqda istehlakçıların növbə ilə girişi təmin edilməlidir.

Pandemiya dövrünün əsas çağırışları - "Biz birlikdə güclüyük” və "Koronavirusa yalnız birlikdə qalib gəlmək mümkündür” videoçarxın ana xəttini təşkil edir.

Hər bir şəxs tərəfindən qaydalara riayət edilməsinin vacibliyi vurğulanan maarifləndirici çarx istehlakçılar və ticarət obyektlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video