08 Iyul 2020 00:23
2461
ELANLAR
A- A+

“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır


24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir an olsun elektrik enerjisinin istehsalını, ötürülməsini, paylanmasını və idarəedilməsini dayandırmayan "Azərenerji” və "Azərişıq” açıq səhmdar cəmiyyətləri tabeliklərindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji təminatı üçün bütün lazımi addımları atırlar, baxmayaraq ki, son dövrlər çaylarda su səviyyəsinin azalması enerjinin istehsalına təsir edib, hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondisioner işlətməsinə görə elektrik enerjisinə olan tələbatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq "Azərenerji” və "Azərişıq” işə çıxan əməkdaşlarının sayını kəskin azaldıb.

Lakin şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar necə böyük məsuliyyət daşıdıqlarını başa düşərək, əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi, bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video