Alternative content

11:00 06 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:17 06.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pandemiya dövründə də “Şərq-Qərb nəqliyyat dəhlizi” ilə beynəlxalq yük daşımaları fasiləsiz həyata keçirilir
Pandemiya dövründə də “Şərq-Qərb nəqliyyat dəhlizi” ilə beynəlxalq yük daşımaları fasiləsiz həyata keçirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:44 07.07.2020


Nəqliyyat sektoruna yönəldilən irihəcmli investisiyalar Azərbaycana bu sahədə ən müasir infrastruktur yaratmağa imkan verib. Nəticədə ölkəmiz Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Xüsusilə bir neçə il əvvəl Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə veriləndən sonra Azərbaycan dünya arenasında özünü etibarlı tranzit ölkəsi kimi təsdiqləyib.

İndiki dövrün ən aktual problemi olan koronavirus bütün dünyada böyük çətinliklər yaradıb. Pandemiya şəraitində ölkələr arasında yüklərin daşınması olduqca vacib əhəmiyyət kəsb edir. COVID-19-dan irəli gələn mənfi təsirlərə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Belə ki, "Şərq-Qərb nəqliyyat dəhlizi” ilə beynəlxalq yük daşımaları fasiləsiz həyata keçirilir.

Hazırda Ələt Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Gələcəkdə limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər. Odur ki, "Şərq-Qərb nəqliyyat dəhlizi”nə maraq getdikcə artmaqdadır. Hələ bir il əvvəl Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına gedib və buradakı imkanlarla yerində tanış olub. Artıq bu dəhlizə bir neçə Avropa ölkəsi qoşulub. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərir.

"Şərq-Qərb nəqliyyat dəhlizi” tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Cari ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatıb. Azərbaycan, həmçinin "Şimal-Cənub nəqliyyat dəhlizi”nin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan hissəsində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb.

Təsadüfi deyil ki, bu il iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşdə də "Şərq-Qərb nəqliyyat dəhlizi” əsas mövzulardan biri olub.

"Şərq-Qərb nəqliyyat dəhlizi” çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib. Dövlət başçısının 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfəri zamanı imzalanmış 21 sənəddən 9-u nəqliyyat sektoruna aid olub. Bu ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olub. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilib.

Qeyd edək ki, Türkmənistandan Əfqanıstandakı iki quru limanına - əvvəlcə Akina, sonra Toraqundi limanına dəmiryolu uzadılıb. Beləliklə, xüsusilə Toraqundi limanı Əfqanıstana imkan verib ki, Azərbaycana birbaşa xətt çəksin.

İki il əvvəl Lapis Lazuli marşrutunun Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistan üzərindən Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanıb. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınıb. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırıb.

"Şərq-Qərb nəqliyyat dəhlizi”nin imkanlarının daha da artırılması üçün səylər davam etdirilir. Azərbaycan, Türkmənistan və Əfqanıstan prezidentlərinin videokonfrans vasitəsilə keçirilən görüşündə də yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsinin vacibliyi qeyd olunub. Sözügedən tədbirin nəticələrinin və gələcəkdə atılacaq addımların müzakirəsi üçün üç ölkənin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsi də təklif edilib. Bu da dəhlizin imkanlarından getdikcə daha çox istifadə olunacağını bildirir.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM