07 Iyul 2020 00:41
683
SİYASƏT
A- A+

Milli şura üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur


"Prezident İlham Əliyevin tutarlı dəlil-sübutlarla Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, erməni rəhbərliyinin korrupsiyaya bulaşması faktlarını ifşa etməsi tək Azərbaycan cəmiyyətinə deyil, ermənilərin özlərinə də yaxşı məlumdur. Bu tənqidlərin torpaqlarımızı işğal etmiş düşmənlərdə ciddi narahatlıq yaratması başa düşüləndir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun özünün "Facebook” səhifəsində paylaşdığı yazıda yer alıb.

Əli Əhmədov qeyd edib ki, lakin nə qədər qəribə olsa da, Prezident İlham Əliyev tərəfindən erməni rəhbərliyinin ifşa edilməsinə ermənilərdən daha tez milli şura tərəfindən etirazlar səsləndirilməyə başlandı. Milli şuranın başında duran Cəmil Həsənlinin internet televiziyalarından birinə verdiyi müsahibəsi insanda belə təsəvvür yaradır ki, vaxtilə həbs olunan bir korrupsionerin "hüquqlarının” müdafiəsi komitəsinə rəhbərlik edən tarix professoru indi Prezident İlham Əliyevin amansızcasına ifşa etdiyi Ermənistan rəhbərliyinin "hüquqlarını” müdafiə komitəsi təsis edib. Əks halda onun bu dərəcədə canfəşanlıqla erməni korrupsionerlərinin müdafiəsinə qalxmasının motivlərini başa düşmək mümkün deyil.

"Mən dəfələrlə radikal müxalifətçilərin Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaq naminə irticaçı qüvvələrlə, hətta erməni millətçiləri ilə əməkdaşlığa hazır olduqlarını qeyd etmişəm. Növbəti dəfə onların bu yolda milli xəyanətdən belə çəkinmədiklərinin şahidi oluruq. Gözləndiyi kimi, milli şuranın milli xəyanəti erməni təbliğatının diqqətindən yayınmadı. Sosial media səhifələrində Cəmil Həsənli başda olmaqla milli şura üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində ölkəmizə qarşı apardıqları çirkin təbliğat kampaniyasında "tutarlı arqument” kimi istifadə olunur”, - deyə Əli Əhmədov bildirib.

YAP-ın Sədr müavini Əli Əhmədov qeyd edib ki, bu insanların torpaqlarımızı işğal etmiş təcavüzkarların təbliğatçılarının dilindən yalnız "uvajaemıy muallim” (ermənilərin Azərbaycana qarşı hazırladıqları videoçarxlarda Cəmil Həsənlini belə adlandırırlar) epitetini qazanmaq naminə Azərbaycanın maraqlarını satmağa hazır olduqlarını düşünmək bəlkə də sadəlövhlük olardı: "Bu qədər ermənipərəstliyin, erməni heyranlığının, indiki erməni rəhbərliyinin təbliğində canfəşanlığın səbəbi olmaya bilməz. Yəqin ortada sövdələşmə qaydalarının bütün məqamlarının gözlənilməsi yox deyildir. Vaxtilə həmin cəbhəyə aid olan, şərti şəkildə desək, neytral zona olan Tiflisdə ermənilərlə Ruslan Bəşirli sövdələşməsi yaddaşlardan silinməyib. Lakin istənilən halda milli şura üzvlərinin yalan və böhtanları ölkəmizə qarşı aparılan erməni təbliğatında həvəslə istifadə olunur. Necə deyərlər, milli şura növbəti dəfə erməni dəyirmanına su tökməklə məşğuldur. Müasir siyasi leksikonda isə bunun adı xəyanətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video