06 Iyul 2020 22:45
610
DÜNYA
A- A+

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb


ABŞ-da COVID-19 infeksiyasına yoluxan insanların sayı 3 milyon 3 min 898 nəfərə, ölənlərin sayı isə 132 min 679 nəfərə çatıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ölkədə 1 milyon 292 min 263 nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 1 milyon 579 minə yaxın xəstədən 15 min 990-nun vəziyyəti ağır qiymətləndirilir. Ötən sutka ərzində 44 min 530 yeni yoluxma aşkarlanıb, 251 xəstə isə həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 20:50-yə olan məlumatına əsasən, dünyada 11 milyon 641 mindən çox yoluxma və 538 min 286 ölüm faktı qeydə alınıb, 6 milyon 586 min 354 xəstə sağalıb. Müalicəsi davam edən 4 milyon 516 min 475 xəstədən 58 min 705-nin vəziyyəti ağırdır.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video